Tramp Ukraynadakı müharibəni bitirmək üçün onu seçdi Generalleytenant Keyt Kelloq kimdir? AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynadakı savaşı 24 saat ərzində bitirəcəyini vəd edən Donald Tramp bu məsələ ilə məşğul olacaq şəxsi müəyyən edib.
"AzPolitika" xəbər verir ki, o, istefada olan general-leytenant Keyt Kelloqu Ukrayna müharibəsinə son qoymaq üçün xüsusi nümayəndə təyin edəcəyini açıqlayıb.
Xarici KİV-lərin yazdığına görə, Kelloq daha əvvəl Trampa hazırkı cəbhə xəttində müharibənin dondurulmasını və Kiyev və Moskvanın danışıqlar masasına oturmasını təklif edən plan təqdim etmişdi. Planın məqsədi hər iki tərəfi danışıqlara məcbur etməkdir.
Qeyd olunur ki, Kelloq 2017-2021-ci illərdə Trampın Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri vəzifəsində çalışıb. O, həmçinin o vaxtkı vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olub. Onun yeni vəzifəsində Ukraynadakı münaqişənin həllində mərkəzi rol oynayacağı gözlənilir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















