Icma.az
close
up
RU
Tramp Ukraynaya yardımı dayandırandan sonra nə baş verəcək? “Əhəmiyyətli itkidir, lakin kritik deyil”

Tramp Ukraynaya yardımı dayandırandan sonra nə baş verəcək? “Əhəmiyyətli itkidir, lakin kritik deyil”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna ABŞ-nin köməyi olmasa belə, ən azı altı ay Rusiyaya qarşı dayana biləcək.

“AzPolitika” xəbər verir ki, bunu “Financial Times” nəşri Ukrayna rəhbərliyindəki məmurlara, hərbçilərə və parlament üzvlərinə istinadla yazıb.

Ukrayna Ali Radasının sabiq deputat Mustafa Nayem nəşrə deyib ki, Amerika hərbi avadanlıqlarının itkisi Ukrayna üçün “əhəmiyyətlidir, lakin kritik deyil”.

Onun fikrincə, Ukrayna ruslara boyun əyməyəcəyini göstərdikdən sonra ona göndərilən silahların əksəriyyəti müharibənin dəyişən xarakterini nəzərə alsaq, indi o qədər də əhəmiyyətli deyil: "Bu, dron müharibəsidir və biz onları hazırlamaq üzrə ixtisaslaşmışıq. Hətta bizim PUA məktəbimiz də var".

Onun sözlərinə görə, ABŞ PUA-larını əvəz etmək olar. Ən böyük narahatlıq isə ABŞ-nin kəşfiyyat məlumatlarını verməyi dayandırmasıdır, baxmayaraq ki, bu ehtimal aşağıdır.

Nəşr əlavə edib ki, Avropa dəstəyinin artması ilə belə, ABŞ-nin köməyi olmadan Ukrayna üçün uzun müddət mübarizəni davam etdirmək çətin olacaq. Bu isə getdikcə daha çox torpaqların itirilməsi deməkdir.

Bundan öncə “The Wall Street Journal” keçmiş və indiki Qərb rəsmilərinə istinadla yazıb ki, ABŞ-nin hərbi yardımı olmadan Ukrayna yaya qədər indiki templə döyüşləri davam etdirmək imkanındadır. Bunun üçün Kiyev kifayət qədər silaha malikdir.

Hərbçiləri dronlarla təmin edən "Come Back Alive" təşkilatının baş analitiki Nikolay Beleskov hesab edir ki, Ukrayna ordusu ABŞ-nin yardımı olmadan "altı ay və ya bir il" tab gətirə bilər və bundan sonra lazımi sursat istehsal etmək üçün Avropaya üz tutmalı olacaq.

Volodimir Zelenskinin adının açıqlanmasını istəməyən köməkçisi isə ABŞ-nin hərbi yardımının sona çatmasını “ən pis ssenari” adlandırıb və əlavə edib ki, bu halda Ukrayna öz hərbi istehsalını artırmalı və Avropa ölkələrindən daha çox şey almalı olacaq.

Mütəxəssislər onu da qeyd edir ki, ABŞ-dən hərbi təchizat dayandırılsa, Kiyev ən müasir silahlardan bəzilərini istifadə edə bilməyəcək.

Hazırda Ukrayna hərbi texnikasının təxminən 55%-ni özü istehsal edir və ya istehsalını özü maliyyələşdirir. Qalan avadanlığın 25%-i Avropa, təxminən 20%-i isə ABŞ tərəfindən təmin edilir. WSJ yazır ki, qabaqcıl hava hücumundan müdafiə sistemləri, yer-yer tipli ballistik raketlər, naviqasiya sistemləri və uzaq mənzilli raket artilleriyası da daxil olmaqla bəzi Amerika avadanlıqlarını qısa müddətdə əvəz etmək praktiki olaraq mümkün olmayacaq. Avropa onları kifayət qədər istehsal etmir və ya ümumiyyətlə istehsal etmir.

Avropa, WSJ-nin yazdığı kimi, "boşluğu doldurmağa hazırlaşır". Qəzetin mənbələrinə görə, 2024-cü ildə Avropa İttifaqı, Böyük Britaniya və Norveç birlikdə Ukraynaya 25 milyard dollar dəyərində silah və sursat tədarük edib ki, bu da ABŞ-nin həmin ildə etdiyindən çoxdur.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Mart 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri