Icma.az
close
up
RU
Tramp və Putinin Ukrayna planı: ABŞ nələri verməyə razılaşıb?

Tramp və Putinin Ukrayna planı: ABŞ nələri verməyə razılaşıb?

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tramp-Putin danışıqları fonunda Ukraynanın ağrılı güzəştlərə məcbur ediləcəyi - buna cəhd edildiyi aydınlaşır. Trampın Putinlə danışıqların təfərrüatları ilə bağlı açıqlamaları da bu yöndədir və belə görünür ki, ABŞ Ukraynada Rusiyaya iki strateji güzəştə getməyə hazırlaşır.

Birincisi, Ukrayna ərazilərinin Rusiyaya verilməsidir: bunun hansı ssenari üzrə olacağı bəlli olmasa da, açıqlamalar müəyyən ehtimalları önə çıxarır.

Pentaqonun rəhbəri Pit Heqset Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Brüsseldə keçirilən toplantısında bəyan etdi ki, müharibənin dayandırılması ilə bağlı istənilən danışıqlarda Ukraynanın 2014-cü il sərhədlərini bərpa edə biləcəyini gözləmək qeyri-realdır: “ABŞ Ukraynanı suveren və firavan görmək istəyir, lakin biz 2014-cü ildən əvvəlki sərhədlərə qayıtmağın qeyri-real məqsəd olduğunu etiraf etməklə başlamalıyıq. Bu illüziya ilə məqsədə çatmaq yalnız müharibəni uzadacaq və daha çox əzablara səbəb olacaq”.

Vaşinqton Tramp-Putin danışıqlarından öncə mövqeyini açıqlamışdı. Ardınca Putinlə danışan Tramp da bəyan etdi ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtması çətindir.

“Bu, şübhəsiz ki, mümkünsüz görünür, çoxlu torpaqlar ələ keçiriblər. Bununla bağlı fikir bildirmirəm, lakin bir çox insan bunun mümkün olmadığını düşünür. Düşünürəm ki, o torpaqların bir hissəsi geri qayıdacaq”, - o bildirib.

Vaşinqton Kiyevi güzəştə məcbur edir, hərçənd, Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsinin geri qayıdacağını da vurğulayır. Bunun blef olduğunu düşünmək çətindir, çünki Ukrayna hazırda nə qədər diktə edilən tərəf olsa da, ümumi konsensusun tapılması üçün onun da mövqeyi müəyyən qədər nəzərə alınmalıdır. Verilən açıqlamaların ortaya çıxardığı versiyalar:

a) 2014-cü ildən öncəki sərhədlərə qayıtmamaq Krım və Donbasın əvvəl işğal edilmiş hissəsinin Rusiyaya verilməsi deməkdir: bunun hansı formada – de-fakto, yoxsa de-yure olacağı sual altındadır, istisna deyil ki, Kiyev bu ərazilərdən de-yure imtinaya məcbur edilsin; Moskvanın şərtlərindən biri bu ola bilər;

b) danışıqlar masasında 2022-ci ildən sonra işğal edilmiş ərazilər müzakirə edilə bilər: Rusiyanın zəbt etdiyi ərazilərdən tamamilə çıxması ehtimalı azdır, hərçənd, Ukrayna ordusunun Kursku tərk etməsi qarşılığında “ərazi mübadiləsi” mümkün ssenarilərdəndir; Tramp “o torpaqların bir hissəsi geri qayıdacaq” dedikdə bunu nəzərdə tuta bilər;

İkincisi, Ukraynanın NATO-ya üzvlüyünün arxa plana keçməsidir: bunun qeyri-mümkün olduğu müharibədən öncə də məlum idi, lakin Rusiya bu bəhanə ilə hücuma keçdi, Bayden administrasiyası da Putinlə müharibədə qeyri-mümkün olan bu məsələni aktual saxladı.

Tramp Pentaqon rəhbərinin bununla bağlı dediyi fikirləri dəstəkləyib. Bildirib ki, Ukraynanın NATO-ya üzv olması praktiki olaraq mümkün deyil. Bu, Rusiyanın müharibədən öncə ABŞ/NATO-ya təqdim etdiyi paket tələb-təklifində Ukraynanın Şimali Alyansa üzvlüklə bağlı müddəasının Vaşinqton tərəfindən qəbul edilməsi – ikinci güzəştidir.

Tramp və Putinin Səudiyyə Ərəbistanında görüşünə qədər razılaşma üzərində iş aparılacaq. Bunun Moskva-Kiyev razılaşmasından daha çox, Moskva-Vaşinqton razılaşması olacağı, Ukrayna məsələsinin anlaşmaya müddəa olaraq daxil ediləcəyi görünür. Və “nəzarət zonaları” üzərində qeyri-rəsmi razılaşmanın olması da istisna edilməməlidir. Bu görüşə qədər ABŞ Trampın da dediyi kimi, “Ukraynaya yardım göndərməyə davam edəcək”, məqsəd Rusiyanın danışıqlar ssenarisindən kənara çıxmasını önləməkdir.

Rəsmi Kiyev danışıqlarda tərəf kimi de-fakto arxa planda qala bilər. Əslində Trampın Putinlə danışması/razılaşması, daha sonra Zelenskiyə bunu diktə etməsi çox şeyi ifadə edir.

Asif Nərimanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Fevral 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri