Icma.az
close
up
RU
Tramp və Zelenskinin təcili telefon danışığı Ukrayna şərtlərlə razılaşır?

Tramp və Zelenskinin təcili telefon danışığı Ukrayna şərtlərlə razılaşır?

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığı münaqişənin diplomatik həllinə dair mühüm siqnal kimi qiymətləndirilir. Danışıqda diqqət Avropada Qələbə Gününə və Rusiya ilə müharibənin dayandırılması imkanlarına yönəlib. Zelenskinin 30 günlük atəşkəsə hazır olduqlarını bəyan etməsi isə beynəlxalq aləmdə Ukraynanın kompromisə meylli mövqe tutmağa başladığı fikirlərini gündəmə gətirib. Bu addım həm də savaşın kritik mərhələsində yeni siyasi gedişlərin anonsu kimi dəyərləndirilir.

Bu, Ukraynanın sülhə bir addım yaxınlaşması, yoxsa Kreml qarşısında şərtləri qəbul etməsi anlamına gəlir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Ukrayna və ABŞ prezidentləri arasında keçirilən son telefon danışığında, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı mümkün variantlar müzakirə olunub. Ukrayna tərəfi bir daha vurğulayıb ki, 1 aylıq atəşkəs təklifinə razıdır. Bu çox önəmli haldır. Atəşkəs məsələsi gündəmə gələndə Rusiyanın bu planı dəstəkləməyəcəyi, yayınmağa çalışacağına dair proqnozlar verilirdi. Həqiqətən də belə oldu. Ukraynanın sözügedən yanaşması rəsmi Kiyevin təslim olması və ya ağ bayraq qaldırması kimi qiymətləndirilə bilməz. Əksinə, Ukrayna göstərmək istəyir ki, sülhə nail olmaq üçün real və konstruktiv mövqe tutur.

Digər tərəfdən ABŞ da artıq açıq şəkildə etiraf edir ki, Rusiya tərəfindən irəli sürülən şərtlər qəbulolunmazdır və bu, danışıqları dalana dirəyir.

Oqtay Qasımov

Hazırda Rusiya tərəfi hücumlarını daha da intensivləşdirib, buna cavab olaraq isə ABŞ-ın da mövqeyində müəyyən dəyişikliklər müşahidə olunur. Xüsusilə də ABŞ və Ukrayna arasında imzalanan yeni memorandum bu əməkdaşlığın möhkəmləndiyini göstərir. Bu sənədin imzalanmasından sonra ABŞ tərəfindən Ukraynaya yardımların davam etdirilməsi ilə bağlı konkret addımlar atılıb. Artıq 50 milyon dollarlıq hərbi yardımın göndərilməsi qərara alınıb.

Eyni zamanda, ABŞ Rusiya tərəfinin danışıqlarda qeyri-konstruktiv davranışlarını tənqid edir və bu da onu deməyə əsas verir ki, əgər Moskva bu mövqeyini davam etdirərsə, ABŞ da müəyyən mərhələdə danışıqlardan geri çəkilə bilər. Bu isə münaqişənin yenidən gərginləşməsinə səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, Ukrayna bu gün həm Avropa İttifaqı, həm də digər Qərb dövlətlərinin dəstəyini hiss edir və bu dəstək onun müqavimət gücünü artırır. Eyni zamanda, Ukrayna cəmiyyətində də mübarizəyə davam etmək iradəsi güclüdür. Bu baxımdan, telefon danışığı mühüm diplomatik addım sayıla bilər, lakin bu, Ukraynanın təslim olacağı və ya ağ bayraq qaldıracağı anlamına gəlmir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri