Icma.az
close
up
RU
Tramp zəif və çıxılmaz vəziyyətdən bu gecə çıxa biləcəkmi?

Tramp zəif və çıxılmaz vəziyyətdən bu gecə çıxa biləcəkmi?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Tarixdə şəxsiyyətin rolu danılmazdı. Təbii, söhbət ən azı bir dövləti, xalqı, daha böyük miqyasda dünyanı bu və ya digər şəkildə dəyişən, yönləndirən tarixi şəxsiyyətlərdən gedir. Əsas odur ki, bu rol müsbət olsun, bəşəriyyəti yaxşılığa doğru istiqamətləndirsin, insanlara, insanlığa töhvə versin, çünki dünyaya pislik gətirən tarixi şəxslərin də olduğu məlumdur.

ABŞ güclü dövlətdir və İkinci Dünya müharibəsindən sonra dünya düzənini gözləyən, qoruyan qütbə başçılıq edib. Birləşmiş Ştatların gücü yalnız özündə deyil, həm də müttəfiqlərinin, dostlarının onun yanında olması ilə şərtlənib. İlk növbədə NATO üzvləri və alyansa üzv olmayan, amma strateji müttəfiqliyi olan digər ölkələrlə yaxın münasibətləri Amerikanı on illərlə güc mərkəzi kimi tanıdıb və əks mövqedə olan aqressiv dövlətlər bu güclə hesablaşmağa məcbur olub. Hazırda Donald Trampın ikinci prezidentlik dövründə ABŞ-nin dünya gücü statusunu hər gün itirməsinin şahidi oluruq. Rusiya-Ukrayna müharibəsinə münasibətdə təcavüzkar dövlətə və onun liderinə loyal, bəzən isə dostcasına münasibət bildirib, təcavüz qurbanı Ukraynaya , onun liderinə haqsız təzyiq və aqressiv münasibət bildirəndə hamı, ilk növbədə NATO üzvləri təəccüb etdi. Təkcə, Putinin qırmızı xalıda qarşılanması ilə, Avropa dövlət başçılarını Ağ Evdə cərgəyə düzüb aşağılanması bu münasibətlərin real təzahürü idi. Ardınca maliyyə məsələlərini sərt şəkildə irəli sürməsi və ağır şərtlər qoyması, avropalılara vassal kimi baxması bu gün İran cəbhəsində öz mənfi təsirini, hətta ağır nəticəsini göstərir.​ Donald Trampın strateji deyil, daha çox situativ və iradi qərarlar verməsinin ağır nəticələrini bu gün ilk növbədə özü hiss edir. İrana hücum edən dövlət başçısının bu müharibəyə mükəmməl hazırlaşmadığı ilk gündən məlum oldu, bu gün isə Tramp özünü çıxılmaz duruma salıb. İran cəbhəsində istədiyini əldə edə bilməyən Tramp incitdiyi, aşağıladığı Avropa ölkələrindən kömək istəyir. Belə bir müharibəyə hazırlaşan dövlət öz müttəfiqlərini aşağılayıb incitməliydimi, hətta küsdürməliydimi? Qonşu Kanada rəhbərini, Fransa, Almaniya, hətta Böyük Britaniya liderlərini təhqir edib Orbanı, Putini və başqa avtokratları tərifləməkdən ləzzət alan Tramp İranda çətinliyə düşəndə yenə təhqir etdiklərinə üz tutdu. Dəstək görməyəndə də ( burada avropalılar haqlıdırlar) onları qorxaq adlandırıb, NATO-nun gələcəyinin çox pis olacağını demək çıxılmazlığın elementlərindəndi.

İran müharibəsinin getdiyi günlərdə tez-tez bir-birini təkzib edən bəyanatlar verib, guya İranı bitirdiyini deyən Tramp, hər gün İran ballistik raketlərinin İsrail şəhərlərini dağıtmasını görmürmü? ABŞ prezidenti İran müharibəsi ilə faktiki olaraq Rusiyanın və İrandakı rejimin maraqlarına xeyli xidmət etmiş oldu. Hörmüz böhranı nəticəsində neftin qiymətinin qalxması ilə Rusiyaya milyard dollar qazandırdı, hətta sanksiyaları yumşaltmaq qərarını verdi. İranda isə rejimi dəyişdirməyi planlayıb bu məqsədə heç yaxın da gəlmədiyi və nəticədə İranın psixoloji üstünlük qazanaraq rejimi daha da möhkəmləndirməyi hələ ki, reallıqdır. Nəticədə müttəfiqlər ABŞ-a inanmırlar, əzəli rəqiblər isə əvvəllər olduğu kimi çəkinmirlər.

Bir ildən çox prezidentlik dövründə Trampın istər xarici siyasəti, istərsə də daxilə yönəlik ənənəvi Amerika siyasətindən kənara çıxaraq fərqli qərarlar qəbul etməsi onun nüfuz göstəricisini daim aşağı salıb. Amma, İrana qarşı mükəmməl olmayan müharibəyə başladıqdan sonra Tramp heç vaxt bu qədər zəif görünməyib. Hətta, daim onu müdafiə edən komanda üzvləri belə etiraz etməsələr də, səssizlikləri ilə bu uğursuz müharibədə iştirak etməklə siyasi gələcəklərini təhlükəyə atmaq istəmirlər. İctimai rəy sorğularının nəticələri isə Donald Trampın əleyhinədir. Onun NATO müttəfiqlərinə qarşı təhdidlərinin də perspektivi yoxdur, çünki Şimali Atlantika Müqaviləsini təsdiqləyən Konqres alyansa əhəmiyyətli dərəcədə zərər verməsinə, ondan çıxmasına imkan verəsi deyil. Nəzərə alsaq ki, noyabrda aralıq seçkiləri olacaq, o zaman İran müharibəsindəki uğursuzluq onun rəqiblərini daha da cəsarətləndirəcək. Bu uğursuzluq yalnız Tramp üçün deyil, bütün Yaxın Şərq üçün yaxşı heç nə vəd etmir. Molla rejimi psixoloji üstünlüyünü rejimin möhkəmlənməsinə yönəldəcək, bu isə bölgəni daim proksi qüvvələri ilə təhdid altında saxlayan, qonşulara, o cümlədən Azərbaycana daha aqressiv münasibətini gizlətməyən İrana əlavə şans verməsi ilə nəticələnəcək.

Düşünmək olar ki, Tramp müttəfiqlərini əvvəlcədən ona və İsrailin Baş naziri Benyamin Netanyahuya kömək etməyə çağırsaydı, bəlkə də onlardan müəyyən yardım almış ola biləcəyi ehtimalı istisna edilməzdi. 2003-cü ildə Corc Buş İraka hücum edəndə 50 ölkə ona dəstək vermişdi. Əgər Tramp da Tehran rejiminə Buşun Səddam diktaturasını etdiyi kimi tez son qoysaydı, İran rejiminin süqutu bütövlükdə Yaxın Şərq və bütün dünya üçün xeyir olardı. Lakin 24 gündür ki, müharibə gedir və Tramp indiyə qədər molla rejimini tam sarsıda biləcək real addım ata bilməyib.

P.S. Bu gecə Bakı vaxtilə 03.44-də Trampın Hörmüz boğazının açılması ilə əlaqədar İrana verdiyi 48 saatlıq müddət bitir. İran Hörmüzün ABŞ və İsrail istisna olmaqla başqa ölkələr üçün açıq olduğunu bildirib. İran geri çəkilmir. Amerika prezidentinin alternativ planı varmı?

İlham İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Mart 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri