Icma.az
close
up
RU
“TRAMPA DEDİM Kİ, BUNU SƏHV ELƏMİSƏN...” Nyu Yorkun meri

“TRAMPA DEDİM Kİ, BUNU SƏHV ELƏMİSƏN...” Nyu Yorkun meri

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zöhran Mamdani: “Venesuelaya qarşı hücum da, Maduro və onun ailəsinin həbsi də yanlış addımdır"

Nyu York şəhərinin yeni meri, müsəlman siyasətçi Zohran Mamdani ABŞ prezidenti Donald Trampa birbaşa zəng edərək Venesuelaya qarşı həyata keçirilən hərbi-siyasi əməliyyatı və ölkə prezidenti Nikolas Maduronun həbsi planlarını açıq şəkildə pislədiyini bildirib.

ABŞ mediasının yaydığı məlumata görə, Mamdani vəzifəsinin icrasına başlamasından cəmi bir neçə gün sonra Bruklində keçirdiyi brifinqdə sensasion açıqlama ilə çıxış edib. 

O bildirib ki, ABŞ administrasiyası onu əvvəlcədən Venesuelada keçiriləcək əməliyyat barədə məlumatlandırıb və Maduro ilə yanaşı onun həyat yoldaşının da məhz Nyu Yorkda həbs olunmasının planlaşdırıldığını deyib.

Nyu York meri vurğulayıb ki, bu məlumatı aldıqdan sonra ABŞ prezidentinə şəxsən telefon açıb və mövqeyini gizlətməyib: “Mən prezident Trampa açıq şəkildə dedim ki, Venesuelaya qarşı hücum da, Maduro və onun ailəsinin həbsi də yanlış addımdır. Bu, nə beynəlxalq hüquqa, nə də ədalət anlayışına uyğundur.”

Zohran Mamdaninin sözlərinə görə, Venesuelaya qarşı güc tətbiqi ABŞ-ın demokratiya və insan haqları ilə bağlı iddialarına ziddir və regionda vəziyyəti daha da gərginləşdirir. Mer əlavə edib ki, bir şəhər rəhbəri kimi səssiz qala bilməz və mülki əhalini hədəfə alan istənilən əməliyyata qarşı çıxmaq onun mənəvi borcudur.

Bu açıqlama ABŞ daxilində də ciddi rezonans doğurub. Sosial şəbəkələrdə Mamdaninin Trampa qarşı bu qədər açıq və sərt mövqe sərgiləməsi “Ağ Evə meydan oxumaq” kimi qiymətləndirilir. Xüsusilə onun müsəlman kimliyi və multikultural Nyu Yorku təmsil etməsi bəyanata əlavə siyasi çəki qazandırıb.

Qeyd edək ki, Venesuela ətrafında gərginlik davam edir və ABŞ-ın bu ölkəyə qarşı həyata keçirdiyi əməliyyat beynəlxalq mediada əsas mövzudur. Nyu York merinin mövqeyi isə bu prosesə ABŞ daxilindən gələn ən açıq etirazlardan biri kimi dəyərləndirilir. (Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri