Trampdan Kaliforniya şərab istehsalçılarına ağır zərbə: Sahibkarlar müharibəyə hazırlaşırlar
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Kaliforniya ştatının şərab istehsalçıları ABŞ Prezidenti Donald Trampın administrasiyasının miqrasiya siyasətinin sərtləşdirilməsi səbəbindən həyəcan təbili çalırlar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "San Francisco Chronicle" qəzeti xəbər yayıb.
Bildirilib ki, Trampın miqrantların deportasiyası üzrə səyləri təkcə Kaliforniyanın şərabçılıq sənayesinə deyil, həm də ərzaq sisteminə, mehmanxana biznesinə və digər sahələrə zərbə vura bilər.
Xüsusilə kəskin vəziyyət ştatın ən böyük üzümçülük zonalarından biri olan Napa vadisində yaranıb. Burada miqrantlar kənd təsərrüfatı sahəsində işçilərin 73%-ni təşkil edirlər.
"İnsanlar çox qorxublar. Sanki müharibəyə hazırlaşırıq", - deyə Napa vadisinin latın amerikalı əhalisinin maraqlarını müdafiə edən "Puertas Abirtas" qeyri-kommersiya təşkilatının idarə heyətinin üzvü Cenezis Monnet bildirib.
Miqrantların deportasiyası şərabçılıq sahəsindəki böhranı və işçi qüvvəsi çatışmazlığını daha da ağırlaşdıracaq.
Kaliforniyanın üzüm bağlarını idarə edən şirkətlər öz işçilərini müdafiə etmək niyyətindədirlər.
"Mənim fikrimcə, assosiasiyalar maarifləndirmə işi aparmalıdır. Ön cəbhədə işçilərdir, ona görə də onlara "Biz sizi qoruyacağıq" demək pis olmazdı", - deyə "Enterprise Vineyards" şirkətinin meneceri Luis Davila bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 29 Yanvar 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















