Trampdan rüsumlarla bağlı qalmaqallı açıqlama: Bəzi ölkələr razılaşma üçün ətəyimdən öpürlər
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Konqresin Milli Respublikaçılar Komitəsinin donor tədbirində ticarət rüsumlarına dair cəsarətli bəyanatla çıxış edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Mirror" nəşri yazıb.
Məlumata görə, Tramp bildirib ki, yeni ticarət siyasətinin işə salınmasından sonra bəzi ölkələr onunla danışıqlara başlamaq uçub növbəyə düzülürlər.
Tramp rüsumlarla bağlı hazırkı vəziyyətə toxunaraq, bunu "yaxşı" və "əfsanəvi vəziyyət" adlandırıb.
"Bu ölkələr mənə zəng edir, ətəyimdən öpürlər... onlar razılaşma əldə etmək arzusu ilə yanırlar... Xahiş edirəm, lütfən, cənab, razılaşmanı imzalayın. Mən hər şeyi edərəm", - deyə Donald Tramp bildirib.
Ağ Ev də təsdiqləyib ki, Tramp rüsumları daha yaxşı ticarət razılaşmalarının əldə edilməsi üçün danışıqlar vasitəsi kimi nəzərdən keçirir.
Həmçinin Ağ Evin mətbuat katibi Karolin Levitt Tramp ilə tarif danışıqlarına potensial olaraq vasitəçilik edən digər ölkələrə qarşı açıqlıq nümayiş etdirib.
"Bizə ən yaxşı təklifinizi verin və o, qulaq asacaq", - deyə Levitt qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 Aprel 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















