Trampdan şok etiraf: “Ukrayna müharibəsi ABŞ a pul qazandırır” 350 milyard dollarlıq gəlir planı açıqlandı
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı qalmaqallı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp bu fikirləri Uest-Palm-Biçdən Vaşinqtona uçarkən, təyyarənin göyərtəsində jurnalistlərlə söhbəti zamanı səsləndirib.
ABŞ prezidenti açıq şəkildə bildirib ki, müharibə Vaşinqton üçün maliyyə baxımından qazanc mənbəyinə çevrilib. Onun sözlərinə görə:
“Müharibə ilə biz pul qazanırıq, amma mən bu barədə ümumiyyətlə danışmaq istəmirəm".
Bununla belə, Tramp vurğulayıb ki, ABŞ-ın münaqişəni nizamlamaq istəyi guya yalnız insan həyatını xilas etmək məqsədi daşıyır. Prezident qeyd edib ki, Vaşinqtonun əsas hədəfi qan tökülməsinin qarşısını almaqdır.
Eyni zamanda Tramp diqqətçəkən başqa bir məqama da toxunub. Onun sözlərinə görə, perspektivdə ABŞ-ın Ukraynanın mineral-xammal ehtiyatlarından istifadəsi hesabına əldə edəcəyi gəlir 350 milyard dollardan çox olacaq. Bu bəyanat Ukraynanın təbii sərvətlərinin gələcək taleyi ilə bağlı ciddi suallar doğurub.
Ekspertlər hesab edirlər ki, Trampın bu açıqlaması ABŞ-ın Ukrayna siyasətinin humanitar deyil, iqtisadi və strateji maraqlara söykəndiyini açıq şəkildə ortaya qoyur. Xüsusilə müharibə fonunda Ukraynanın resurslarının gəlir mənbəyi kimi təqdim olunması beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb ola bilər.
Beləliklə, Trampın etirafı Ukrayna müharibəsinin təkcə geosiyasi deyil, həm də nəhəng maliyyə maraqları uğrunda aparılan münaqişə olduğunu bir daha gündəmə gətirib./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 12 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















