Icma.az
close
up
RU
Trampdan təhlükəli addım

Trampdan təhlükəli addım

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ABŞ Konqresi demək olar ki, 900 milyard dollara yaxın rekord həcmdə vəsait nəzərdə tutan hərbi büdcə qanununun müzakirəsini yekunlaşdırır.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bununla bağlı “The Washington Times” qəzeti maraqlı məlumat yayıb.

Qəzetin diqqət çəkdiyi kimi, sənəd Pentaqona yeraltı nüvə sınaqlarını bərpa etmək üçün icazə verilməsini nəzərdə tutur.

Qanun layihəsində Energetika Nazirliyinin nüvə təhlükəsizliyi sahəsində fəaliyyətinə həsr olunan bölmə ABŞ-ın 1996-cı ildən qüvvədə olan könüllü moratoriyasına faktiki olaraq son qoya bilər. Sənəddə qeyd olunur ki, qadağa yalnız o halda qüvvədə qalacaq ki, “bu tarixdən sonra heç bir xarici dövlət nüvə sınaqları keçirməsin”. Əks halda, “ABŞ-da nüvə sınaqlarına qoyulan qadağa aradan qaldırılır”.

Bu isə o deməkdir ki, Şimali Koreyanın 2006–2017-ci illər arasında keçirdiyi altı yeraltı nüvə sınağı Pentaqona və Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasına yeraltı nüvə sınaqlarını yenidən başlatmaq üçün hüquqi əsas yaradır.

ABŞ prezidenti Donald Tramp oktyabrın sonu və noyabrın əvvəlində nüvə sınaqlarının bərpası ilə bağlı iki dəfə açıqlama verib. Əvvəlcə o, Müdafiə Nazirliyinə bu istiqamətdə fəaliyyətə başlamağı tapşırıb, lakin Trampın tammiqyaslı nüvə partlayışlarını, daşıyıcı vasitələrin sınaqlarını, yoxsa partlayış həddinə çatmayan subkritik testləri nəzərdə tutduğu dəqiqləşdirilməyib.

Tramp həmçinin bildirib ki, beş il ərzində Çin nüvə silahlarının sayına görə ABŞ-la eyni səviyyəyə çata bilər. Bu iddia ekspertlər tərəfindən real hesab edilmir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qiymətləndirməsinə görə, Çinin nüvə arsenalı hazırkı təxminən 600 döyüş başlığından 2030-cu ilə qədər 1000-ə yüksələ bilər.

Amerikalı alimlər federasiyasının məlumatına əsasən, hazırda ABŞ-ın 5117 nüvə döyüş başlığı var (onlardan 3700-ü silahlanmadan çıxarılıb və anbarlarda saxlanılır). Rusiyanın təxminən 5459, Şimali Koreyanın isə təxminən 50 nüvə döyüş başlığı mövcuddur.

Noyabr ayında Tramp nüvə sınaqlarının bərpası niyyətini bir daha təsdiqləyib. O, Truth Social sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib ki, “bu proses dərhal başlayacaq”, çünki “digər ölkələr artıq sınaq proqramları həyata keçirir və ABŞ da bərabər şərtlərlə eyni addımı atmalıdır”.

Daha sonra CBS telekanalına müsahibəsində Tramp yeraltı nüvə sınaqları ilə bağlı suala belə cavab verib:

“Bəli, biz də digər ölkələrin etdiyi kimi nüvə silahlarını sınaqdan keçirəcəyik”.

Dekabrın 5-də Strateji Komandanlığın rəhbəri vəzifəsinə başlayan vitse-admiral Riçard Korrell Senatda keçirilən dinləmələr zamanı bildirib ki, nə Rusiya, nə də Çin tammiqyaslı nüvə partlayışları ilə sınaqlar aparıb.

Qeyd edək ki, ABŞ sonuncu dəfə 1992-ci ildə nüvə sınağı keçirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Dekabr 2025 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri