Icma.az
close
up
RU
Trampı qəzəbləndirəcək statistika: Çin avtomobilləri ABŞ bazarını istila edir

Trampı qəzəbləndirəcək statistika: Çin avtomobilləri ABŞ bazarını istila edir

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ-da avtomobil alıcılarının seçimlərində diqqətçəkən dəyişiklik müşahidə olunur. 

Qaynarinfo xəbər verir ki, "AutoPacific” tədqiqat şirkətinin illik sorğusuna görə, amerikalıların yarıdan çoxu (%51) növbəti avtomobillərini Çin markaları arasından seçməyi düşündüyünü bildirib. Bu, cəmi bir il ərzində təxminən 25 faizlik artım deməkdir.

Maraqlıdır ki, sorğuda iştirak edənlər Çin markaları ilə bağlı məxfilik və təhlükəsizlik narahatlıqlarından xəbərdardırlar. Lakin bu narahatlıqlar, texnoloji üstünlüklər və daha sərfəli qiymətlər qarşısında geri planda qalır.

Texnologiyaya tələbat dəyişir

18 min nəfərin iştirak etdiyi "Gələcək Avtomobil Tələbi 2025” araşdırmasının nəticələrinə əsasən, ABŞ avtomobil bazarında tendensiyalar sürətlə dəyişir. Əvvəllər az maraq görən yarı-avtonom idarəetmə sistemləri bu il alıcıların ən çox istədiyi xüsusiyyətlər siyahısında ilk sıraya yüksəlib. Respondentlərin 43 faizi "əllər sərbəst idarəetmə” funksiyasını istəyir. Keçən ilin birincisi olan naqilsiz enerji doldurma sistemi isə bu il ilk 15-likdə belə yer almayıb.

Çin markalarına maraq sürətlə artır

2024-cü ildə respondentlərin yalnız 53 faizi Çin avtomobil markaları haqqında məlumatlı olduğunu bildirmişdisə, bu göstərici 2025-ci ildə 65 faizə yüksəlib. Çin markasından avtomobil almağı düşünənlərin payı isə 41 faizdən 51 faizə qalxıb.

Ən çox maraq doğuran markalar sırasında "Huawei” 27 faizlə ilk yerdədir. Onu "Xiaomi” 23 faizlə, "BYD” isə 19 faizlə izləyir. Xüsusən də elektrikli nəqliyyat bazarında sürətlə böyüyən "BYD”, "Tesla”ya ciddi rəqib kimi göstərilir.

"Telefon təcrübəsi” avtomobilə daşınır

Avtomobil mütəxəssisləri Çin istehsalçılarının populyarlığının əsas səbəbini onların yüksək səviyyəli rəqəmsal inteqrasiya imkanlarında görür. Avtomobil jurnalisti Kevin Uilyams qeyd edir ki, "Çin avtomobillərində təqdim olunan istifadəçi təcrübəsi həm funksionallıq, həm də populyar tətbiqlərlə tam uyğunluq baxımından ABŞ modellərindən daha üstündür”.

"Süni intellekt və ekran texnologiyalarında təcrübəsi olan "Huawei” və "Xiaomi” kimi şirkətlərin bu bilikləri avtomobil sistemlərinə tətbiq etməsi, istifadəçilərin təcrübəsini daha intuitiv və cəlbedici edir”, deyə Uilyams vurğulayıb.

Təhlükəsizlik narahatlığına baxmayaraq tələb artır

Çin markalarına maraq artsa da, amerikalı istehlakçılar milli təhlükəsizlik və məxfilik mövzularında ehtiyatlıdır. Sorğuda iştirak edənlərin 77 faizi şəxsi məlumatların qorunması, 79 faizi isə Çin mənşəli avtomobillərin milli təhlükəsizlik riski yarada biləcəyi barədə narahat olduğunu bildirib.

ABŞ Senatında iki partiyanın dəstəklədiyi təşəbbüslər və Ağ Evin mövqeyi Çin istehsalı avtomobil proqram və avadanlıqlarının gələcəkdə məhdudlaşdırılması istiqamətində addımların atılmasına səbəb olub. Bundan əlavə, Çin mənşəli elektrikli avtomobillərə tətbiq edilən gömrük rüsumları artırılıb.

İqtisadi səbəblər və rəqabət gücü

Çin daxilində avtomobil satışlarının yavaşıması nəticəsində istehsalçılar ixracı artırmaqla bazar paylarını genişləndirir. Məsələn, "BYD Seagull” modelinin təxminən 10 min dollarlıq satış qiyməti, ABŞ-da orta avtomobil qiymətinin 50 min dolları keçdiyi bir vaxtda, amerikalı alıcılar üçün cəlbedici alternativ sayılır. Bundan əlavə, Çin hökumətinin tətbiq etdiyi subsidiyalar, bu avtomobillərin xaricdə daha rəqabətli qiymətlərlə satılmasına şərait yaradır.

Görünən odur ki, Çin markalarının ucuz qiymət və inkişaf etmiş texnologiya üstünlüyü, amerikalıların təhlükəsizlik və məxfilik narahatlıqlarını arxa plana atacaq qədər güclü təsir göstərir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri