Icma.az
close
up
RU
Trampın adamını dördüncü dəfə Rusiyaya aparan səbəb Qovluqlarda nə var?

Trampın adamını dördüncü dəfə Rusiyaya aparan səbəb Qovluqlarda nə var?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu həftə Rusiyaya səfər edəcək. Bu artıq onun Rusiyaya dördüncü səfəri olacaq. Daha əvvəl fevralın 1-i, martın 13-ü, aprelin 11-i analoji səfərlər baş tutub. Bu dünya mediasının diqqət mərkəzindədir.

Trampın xüsusi nümayəndəsinin ardıcıl səfərləri nəyə xidmət edir? Rusiya və ABŞ arasında Uitkoff vasitəsilə hansı məsələlərin mübadiləsi ola bilər?

Globalinfo.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, ABŞ Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq, münasibətləri nizamlamaq və atəşkəsin əldə olunmasına nail olmaq istiqamətində səylərini davam etdirir:

“ABŞ Prezidenti Donald Tramp bu məqsədlə bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsini davam etdirir. Bu çərçivədə, Trampın komandasından Stiv Uitkoffun artıq dördüncü dəfə Rusiyaya səfəri gözlənilir. Bu səfərlər müharibənin dayandırılması istiqamətində diplomatik təşəbbüslərin göstəricisidir”.

İlyas Hüseynovun sözlərinə görə, ABŞ bu prosesdə həm geosiyasi sabitliyi təmin etmək, həm də öz iqtisadi maraqlarını qorumaq məqsədi güdür:

“Bir tərəfdən Vaşinqton müharibəni dayandırmağa çalışır, digər tərəfdən isə Ukrayna ilə nadir torpaq elementlərinin işlənməsi və bu sahədə əməkdaşlıq istiqamətində razılıq əldə edib. Bu isə ABŞ-ın strateji sənaye və texnologiyalar sahəsində öz mövqelərini gücləndirmək istəyi ilə bağlıdır”.

Politoloq qeyd edir ki, ABŞ-Rusiya münasibətlərinin normallaşması üçün müəyyən addımlar müzakirə edilir:

İlyas Hüseynov

“Sanksiyaların yumşaldılması, Moskva ilə diplomatik münasibətlərin bərpası, ABŞ şirkətlərinin Rusiya ərazisində fəaliyyət göstərməsi məsələləri bu danışıqlarda ön plandadır. İntensiv diplomatik səfərlərin məqsədlərindən biri də məhz bu məsələlərin həlli ilə bağlı ortaq razılıq əldə etməkdir”.

İ.Hüseynov vurğulayıb ki, Donald Tramp və onun komandası yalnız ABŞ maraqları ilə kifayətlənmir, eyni zamanda digər ölkə liderlərinin maraqları da bu prosesə təsir göstərir. Lakin bu yanaşma Avropa dövlətləri tərəfindən birmənalı qarşılanmır:

“Avropanın bəzi siyasi güc mərkəzləri ABŞ-ın bu təşəbbüslərinə skeptik yanaşır, çünki Vaşinqtonun bu mövqeyi onların regiondakı maraqları ilə üst-üstə düşmür. Avropalı tərəfdaşlar Trampın Rusiya ilə yaxınlaşmaq cəhdlərini riskli hesab edir”.

Politoloqun fikrincə, Rusiya yaranmış geosiyasi vəziyyətdən maksimum istifadə etməyə çalışır:

“Moskva hazırda nəzarətə götürdüyü ərazilər üzərində suverenlik qurmağa çalışır və bu niyyətindən geri çəkilmək fikrində deyil. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyətdən getsə belə, Qərb tərəfindən dəstəklənən Rusiya əleyhinə siyasət və hərbi münaqişə davam edəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Aprel 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri