Icma.az
close
up
RU
TRAMPIN “AMERİKA İMPERİYASI” PLANI Venesueladan Qrenlandiyaya qədər yeni hədəflər...

TRAMPIN “AMERİKA İMPERİYASI” PLANI Venesueladan Qrenlandiyaya qədər yeni hədəflər...

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin ikinci Tramp administrasiyası Qərb yarımkürəsində mütləq hegemonluğunu bərpa etmək üçün "Monro Doktrinası"na qayıtmaq adı ilə yeni siyasi kursa start verib. Venesuela Prezidenti Nikolas Maduronun oğurlanmasından sonra Ağ Evin növbəti hədəfləri və qlobal təhlükəsizlik sisteminə təhdidləri dünya mediasının əsas müzakirə mövzusuna çevrilib.

“AzPolitika”“Reuters” agentliyinə istinadən xəbər verir ki, Tramp administrasiyası 19-cu əsrin məşhur "Monro Doktrinası"nı (ABŞ-nin Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika qitəsi dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu) özünəməxsus şəkildə dəyişiklik edərək, regionu tam nəzarətə götürmək niyyətindədir.

Venesuela nefti: "Şərtləri biz diktə edəcəyik"

Venesuelada sosialist hökumətin hələ də fəaliyyətdə olmasına baxmayaraq, Vaşinqton bu ölkənin nəhəng neft ehtiyatları üzərində diktə edən tərəf kimi çıxış edir. Tramp administrasiyası Venesuelanın Rusiya, Çin və İranla iqtisadi əlaqələrini kəsməyi hədəfləyir.

Son məlumatlara görə, Karakas administrasiyası Trampın "ya ABŞ şirkətlərinə yol açın, ya da hərbi müdaxilə ilə üzləşin" təhdidinə cavab olaraq, 2 milyard dollarlıq xam neftə çıxış imkanı verən razılaşmaya imza atıb. Bunun fonunda ABŞ-nin Rusiya bayrağı altında üzən bir tankeri ələ keçirməsi vəziyyəti daha da gərginləşdirib.

Növbəti hədəf: Qrenlandiya

Trampın Venesuela neftinə olan marağı, onun Danimarkaya məxsus Qrenlandiya adasını almaq (və ya ələ keçirmək) istəyini yenidən gündəmə gətirib. Strategiya sadədir: zəngin mineral ehtiyatlar və Arktikada hərbi üstünlük.


Avropa liderləri xəbərdarlıq edir ki, Qrenlandiyaya qarşı atılacaq aqressiv addım NATO-nun parçalanması və ya tamamilə dağılması ilə nəticələnə bilər. Dövlət katibi Marko Rubio gələn həftə Danimarka rəhbərliyi ilə görüşəcək. Rəsmi Vaşinqton adanı almaq istəyindən geri çəkilmədiyini bildirir.

Stiven Miller: "Dünyanı güc idarə edir"

Ağ Evin mühüm simalarından olan Stiven Miller beynəlxalq diplomatik qaydaları kənara qoyaraq, yeni dövrün ruhunu belə ifadə edib: "Siz beynəlxalq nəzakət qaydalarından nə qədər istəsəniz danışa bilərsiniz, lakin biz real dünyada yaşayırıq. Bu dünya isə güc və qüdrət tərəfindən idarə olunur."

Trampın "Öncə Amerika" şüarı ilə Venesuela və Qrelandiyadakı müdaxilələri ziddiyyət təşkil edir. Rəy sorğuları göstərir ki, amerikalıların yalnız üçdə biri Maduronu devirən əməliyyatı dəstəkləyir. Trampın "ölkə sabitləşənə qədər Venesuelanı biz idarə edəcəyik" bəyanatı isə ABŞ-nin bu bataqlığa uzun illər çəkilə biləcəyi qorxusunu yaradır.

Cənubi Afrika ilə "qaçqın" razılaşması

Digər tərəfdən, ABŞ-nin Cənubi Afrikadakı ağdərili fermerləri "qaçqın" kimi ölkəyə köçürmə planı Pretoria ilə Vaşinqton arasında gərginliyi pik həddə çatdırıb. Dekabr ayında baş tutan gizli görüşdə Cənubi Afrika hökumətinin bu prosesə mane olmayacağı barədə razılıq əldə edildiyi bildirilir.

Görünən odur ki, Trampın 2026-cı il xarici siyasəti iqtisadi maraqlar və hərbi güc nümayişi üzərində qurulub. Bu, ABŞ-ın ənənəvi müttəfiqləri ilə yollarının ayrılması və dünyanın yeni, daha xaotik bir nizama daxil olması deməkdir.

Rasim Əliyev

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri