Icma.az
close
up
RU
“Trampın bu addımı problemin kökünü həll etmir”

“Trampın bu addımı problemin kökünü həll etmir”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın münaqişələri dayandırmağa yönəlmiş təşəbbüslərini müsbət qiymətləndirsə də, bu addımların problemlərin kökünü aradan qaldırmadığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Lavrov bu fikirləri “Fransa–Rusiya Dialoqu” Assosiasiyasının yutub kanalına müsahibəsində səsləndirib.

Nazir Trampın “8 müharibəni dayandırdığını” iddia edən açıqlamasına münasibət bildirərək deyib:

“Trampı müharibələri başlatmaq əvəzinə dayandırmağa çalışdığı üçün yüksək qiymətləndiririk. Bir çox münaqişələrdə atəşkəs əldə olundu: Pakistan–Əfqanıstan, Kamboca–Tailand, Konqo Demokratik Respublikası–Ruanda arasında. Amma bunlar yalnız müvəqqəti pauza idi. Əsas səbəblər hələ də həllini tapmayıb”.

Lavrov həmçinin həmin regionlarda, eləcə də Qəzzada yenidən gərginliyin alovlandığını xatırladıb:

“Qan tökülməsinin dərhal qarşısının alınması vacibdir, amma uzunmüddətli həll üçün tələsiksiz və davamlı diplomatik təşəbbüslərə ehtiyac var”.

Ukrayna ilə bağlı ABŞ-nin  təklif etdiyi barış planı barədə Kiyevdən ziddiyyətli açıqlamaların gəldiyini deyən Lavrov əlavə edib:

“Diplomatik həllin arzuolunan olduğu qənaətindəyik, amma spekulyasiyalar barədə şərh vermək çətindir”.

Nazir Fransanın Moskva ilə münasibətlərinə dair sərt mövqe ortaya qoyaraq bildirib ki, Paris uzun müddətdir Rusiyaya qarşı dürüst davranmır. Lavrov həmçinin Böyük Britaniya və ABŞ-ı Avropanı “manipulyasiya etməkdə” ittiham edib və vurğulayıb ki, Rusiya Avropa ilə danışıqlara tələsmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see242

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see241

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see237

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see236

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see235

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see233

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see231

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see231

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see216

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see214

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see210

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see206

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see197

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see197

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see197

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see196

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see196

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see193

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see190

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri