Trampın çılpaq heykəli COP31 də nümayiş olunacaq
Icma.az bildirir, Kulis.az portalına istinadən.
Danimarkalı rəssam Yens Qalşiot Donald Trampı çılpaq formada təsvir edən "Narıncı vəba" adlı satirik əsərini noyabrda Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri Konfransı ("COP31") çərçivəsində nümayiş etdirməyi hədəfləyir.
Kulis.az xəbər verir ki, hazırda Fransanın Strasburq şəhərindəki Avropa Parlamentinin binasında sərgilənən 2.6 metrlik heykəl bundan əvvəl Braziliyadakı "COP30" tədbirində də yer alıb.
"Ədalətsizlik kralı" adı ilə də tanınan 23 əyarlıq qızıl suyuna çəkilmiş heykəldə Tramp kiçik bir adamın çiynində oturmuş halda təsvir olunub.
Bir əlində qolf çubuğu, digərində ədalət tərəzisi tutan fiqur Hans Kristian Andersenin "Kralın çılpaq libası" nağılına və Trampın iqlim siyasətinə ironik istinad edir.
Qalşiot bu kompozisiya ilə siyasi liderlərin məsuliyyət və kömək bəyanatları ilə real əməlləri arasındakı ziddiyyətə və sərvətin arxasında gizlənən hakimiyyət ədalətsizliyinə diqqət çəkir.
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq Məşhur aktrisadan Qəzza paylaşımı Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 Oktyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















