Icma.az
close
up
RU
Trampın Çin lideri ilə görüşünün arxasındakı gizli qlobal mesaj: Ağ Evin nüvə xəbərdarlığı dünyanı ABŞ Çin rəqabətinin girovuna çevirir

Trampın Çin lideri ilə görüşünün arxasındakı gizli qlobal mesaj: Ağ Evin nüvə xəbərdarlığı dünyanı ABŞ Çin rəqabətinin girovuna çevirir

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Cənubi Koreya görüşü, qlobal məkanın güc sistemində ABŞ-Çin qarşıdurmasının yeni mərhələsini rəsmi şəkildə açmış oldu... Bu, ABŞ və Çinin dünyanı paralel trayektoriyalarla idarə etdiyi yeni qlobal reallığın başlanğıcına da çevrilə bilər...

ABŞ-Çin münasibətlərində olan yüksək gərginlik hazırda Tramp administrasiyası üçün əsas xarici siyasət problemləri sırasında ön planda yer alır. Ona görə də, Cənubi Koreyada ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Tsinpin arasında baş tutan görüş qlobal siyasət məkanında yeni mərhələnin konturlarını müəyyənləşdirə biləcək faktorlardan biri kimi qiymətləndirilir. Və bu görüşün həm iqtisadi-ticari, həm də geostrateji və hərbi təhlükəsizlik aspektləri beynəlxalq sistemdə dəyişməkdə olan qüvvələr nisbətinin real "xəritəsi"ni ortaya çıxarır.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Tramp görüşdən sonra verdiyi açıqlamalarda bildirib ki, tərəflər “çox uğurlu görüş” keçiriblər və Çinlə ticarət sazişi üzrə razılıq əldə olunub. Bu sazişin ilkin mərhələdə bir il müddətinə qüvvədə qalacağı, daha sonra isə yenidən nəzərdən keçiriləcəyi vurğulanıb. ABŞ prezidenti Çindən idxal olunan mallara tətbiq etdiyi 20 faizlik gömrük rüsumunu 10 faizə endirdiyini də açıqlayıb. Və bu, onun iqtisadi diplomatiyada “təzyiq və güzəşt balansı” prinsipinə tamamilə sadiq qaldığını göstərir.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp Çindən kənd təsərrüfatı məhsullarının alınması barədə razılaşmanı da təsdiqləyib. Bu addım Ağ Ev sahibi Donald Trampın iqtisadi siyasət prioritetlərində mühüm yer tutan ABŞ fermerlərinə pozitiv mesaj xarakteri daşıyır. Və beləliklə, prezident Donald Tramp Çinlə rəqabəti "iqtisadi müharibə" kimi deyil, "idarə olunan qarşılıqlı asılılıq modeli" ilə davam etdirmək niyyətində olduğunu göstərir.

Ancaq Ağ Ev sahibi Donald Trampın Çin lideri Si Tsinpin ilə görüş ərəfəsində verdiyi başqa bir açıqlama — Pentaqona yeni nüvə sınaqlarına başlamaq göstərişi barədə bəyanat ilə qlobal təhlükəsizlik sisteminə ciddi xəbərdarlıq mesajı göndərmiş oldu. ABŞ prezidenti bu addımı “öz sınaq proqramlarını aparan digər dövlətlərlə real qüvvələri bərabərləşdirmək” məqsədilə izah edib. Bu bəyanat 1992-ci ildən bəri ilk dəfə ABŞ-ın tammiqyaslı nüvə sınaqlarına qayıdışı kimi dəyərləndirilir. Ekspertlərin fikrincə, bu addım Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Müqaviləsi üçün faktiki “ölüm zərbəsi”nə də çevrilə bilər.

Məsələ ondadır ki, bəzi ekspertlər hesab edirlər ki, əgər, ABŞ nüvə sınaqlarına qayıdarsa, Rusiya və Çin də bu istiqamətdə göstərdikləri fəaliyyəti beynəlxalq hüquq çərçivəsində legitimləşdirə bilər və nəticədə qlobal nüvə balansı yenidən formalaşmağa başlayar. Digər tərəfdən, bu proses “soyuq müharibə" sonrası silahlanma yarışının reanimasiyası kimi də xarakterizə edilir. Çünki Ağ Evin bu addımı Rusiyanın və Çinin hərbi-strateji fəallığını məhdudlaşdırmaq əvəzinə, əksinə, onların asimmetrik cavab reaksiyasını stimullaşdıra bilər.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Çin liderlərinin görüşü üçün məhz Cənubi Koreyanın seçilməsi Tramp administrasiyasının qlobal məkana mesajını daha da gücləndirir. Belə ki, ABŞ Asiyada Çinə qarşı təzyiq məntəqələrini qorumaqla yanaşı, siyasi-diplomatik dialoq kanallarını da açıq saxlayır. Çin lideri Si Tsinpinin “dünya mürəkkəb problemlərlə üz-üzədir, Çin və ABŞ isə bu problemlərin həllində birgə məsuliyyət daşıyır” sözləri isə xüsusi diqqət çəkir. Və bu bəyanat rəsmi Pekinin hələ də münaqişə deyil, qarşılıqlı təsir üzərində qurulan çoxqütblü sistem ideyasına sadiq qaldığını göstərir.

Bütün bunlara baxmayaraq, Cənubi Koreya görüşü qlobal siyasət məkanında “soyuq sülh” mərhələsinin başlanğıcı kimi görünür. Yəni, ABŞ və Çin bir tərəfdən, iqtisadiyyat-ticarət və texnologiya sahələri üzrə məhdud çərçivədə əməkdaşlıq formatını qoruyurlar. Ancaq digər tərəfdən isə bu iki nəhəng super dövlətlər arasında strateji və nüvə rəqabəti açıq şəkildə atılan aqressiv addımlarla daha da dərinləşdirilir.

Təbii ki, belə vəziyyət nə “soyuq müharibə”, nə də “soyuq sülh” formatına uyğun deyil. Çünki hazırda daha çox qarşılıqlı təhlükə və ortaq mənfəət balansı üzərində indeksləşən yeni geopolitik reallıq formalaşır. Bu baxımdan, Ağ Ev sahibi Donald Trampın xarici siyasət kursu ABŞ-ın praqmatik milli maraq doktrinası ilə izah oluna bilər. Belə ki, Tramp administrasiyası iqtisadiyyat və bazar münasibətlərini birmənalı şəkildə dialoq və razılaşma yolu ilə nizamlamağa üstünlük verir. Digər tərəfdən, təhlükəsizlik və nüvə faktoruna bağlı neqativ çağırışlar isə rəqib düşərgəyə qarşı təzyiq və simmetrik reaksiya prinsipi ilə tənzimlənir.

Belə anlaşılır ki, Cənubi Koreya görüşü qlobal məkanın güc sistemində ABŞ-Çin qarşıdurmasının yeni mərhələsini rəsmi şəkildə açmış oldu. Əgər, bu qarşıdurma yaxın gələcəkdə qarşılıqlı sınaqlar, gömrük tarifləri və texnoloji məhdudiyyətlər çərçivəsində davam edərsə, onda beynəlxalq münasibətlər “soyuq sülh”, yəni müharibəsiz, ancaq dərin və amansız rəqabətli sistem formatına keçəcək. Bu isə XXI əsrin ən böyük geopolitik qarşıdurmasında iki nəhəng qlobal supergücün – ABŞ və Çinin dünyanı paralel trayektoriyalarla idarə etdiyi yeni beynəlxalq reallığın başlanğıcına da çevrilə bilər.(musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Oktyabr 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri