Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Trampın Baqram iddiası: ABŞ Çin rəqabətinin yeni müstəvisi

Trampın Baqram iddiası: ABŞ Çin rəqabətinin yeni müstəvisi

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı Baqram Hərbi Hava Bazasının yenidən Vaşinqtonun ixtiyarına verilməsini tələb edib. Onun bu tələbi beynəlxalq gündəmdə ciddi rezonans doğurub. Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə çıxışında bildirib ki, ölkəsi “bu bazanı geri almağa çalışır”. Onun sözlərinə görə, bu obyekt ABŞ üçün strateji əhəmiyyət daşıyır və ölkənin regional təhlükəsizlik maraqlarına xidmət edir. Tramp bəyan edib ki, bazanın Talibanın nəzarətində qalması bölgədə sabitlik üçün risklər yaradır.
Özünün “Truth Social” şəbəkəsində Tramp, Taliban hökumətinə xəbərdarlıq edərək yazıb: “Əgər Əfqanıstan ABŞ-nin inşa etdiyi Baqram Hava Bazasını geri qaytarmazsa, çox pis şeylər olacaq.”
Taliban rəhbərliyi isə Trampın tələbinə sərt reaksiya verib. Hərəkat nümayəndələri bəyan ediblər ki, Baqram Əfqanıstan ərazisinin ayrılmaz hissəsidir və heç bir halda digər dövlətə təhvil verilə bilməz. Silahlı qüvvələrin baş qərargah rəisi Fəsihuddin Fitrat deyib: “Əfqanıstan tam müstəqildir və heç bir gücə bağlı deyil. Biz heç kimdən qorxmuruq.”
Tramp həmçinin iddia edib ki, Baqram bazası hazırda Çinin nəzarətindədir. Lakin Əfqanıstan hökuməti bu iddianı təkzib edərək bəyan edib ki, bazanın tam nəzarəti ölkə ordusunun əlindədir və xarici qüvvələrin iştirakı yoxdur.
ABŞ-ın geosiyasi arqumentinə görə, Baqram bazası Çinin nüvə obyektlərinə bir saatlıq məsafədədir və belə yazın olduğu üçün strateji əhəmiyyət daşıyır.
Faktiki olaraq, Çin Qərb bölgəsində bir neçə nüvə obyektinə malikdir: Sincan bölgəsində Lop Nur sınaq sahəsi və Qansu əyalətindəki obyektlər diqqət çəkir. Həmçinin, Hami və Yumen ərazilərində bərk yanacaqla işləyən raket siloları inşa olunur və ya tamamlanmaq üzrədir. Qinqhai əyalətində də əlaqədar obyektlər mövcuddur.
Xatırladaq ki, ABŞ qüvvələri 2021-ci ildə Əfqanıstandan çıxarkən Baqram bazasını da tərk etmişdi. Bu baza bir vaxtlar İŞİD, Əl-Qaidə və Talibana qarşı əməliyyatların mərkəzi idi. BMT-nin 2025-ci il hesabatına görə, bu qruplar yenidən fəallaşıb.
Əfqanıstanın paytaxtı Kabilin 60 km şimalında yerləşən baza uzun illər ABŞ-ın regiondakı ən böyük hərbi obyekti olub. 2012-ci ildə burada eyni vaxtda 100 minə yaxın Amerika hərbçisi xidmət edib. 11 800 fut uzunluğundakı uçuş-enmə zolağı ağır bombardmançı təyyarələrin enişi üçün nəzərdə tutulub. Tramp bazanı “dünyanın ən güclü hərbi nöqtələrindən biri” adlandırır.

Daxili siyasət baxımından, Trampın bu tələbi “Baydenin Əfqanıstandan çıxış qərarı səhv idi, mən onu düzəldirəm” mesajı ölkə daxilində güc nümayişi kimi qəbul edilə bilər.
Geosiyasi baxımdan isə ABŞ bu addımla yalnız terrorizmə qarşı mübarizəni deyil, həm də Çin və Rusiya ətrafında hərbi mövcudluğunu gücləndirmək niyyətini ortaya qoyur. ABŞ-ın Baqramda möhkəmlənməsi Pakistan, İran və Orta Asiya ölkələrinə qarşı yeni güc balansı formalaşdıra, xüsusilə də Çinin ‘Bir kəmər, bir yol’ təşəbbüsünün Mərkəzi Asiya və Qafqaz marşrutlarına təsir göstərə və dolayısı ilə ABŞ-Çin rəqabətinin yeni müstəviyə keçirə bilər.
Öz növbəsində, Çin Trampı “gərginlik yaratmaqda” qınayıb və ABŞ-a xəbərdarlıq edib. Rusiya və İran isə ABŞ-ın Əfqanıstana geri dönüşünü regionda yeni hərbi balanssızlıq kimi qiymətləndirirlər.
Analitiklərin fikrincə, ABŞ-ın Baqramı geri alması real görünmür. Bunun üçün Doha sazişinin pozulması, bölgəyə böyük hərbi kontingentin yerləşdirilməsi, Talibanın və Çinin sərt müqaviməti, region dövlətləri ilə diplomatik böhran qaçılmaz olacaq.
Lakin regionun geosiyasi reallıqları fonunda bu baza üzərində nəzarətin yenidən Vaşinqtona keçməsi mümkün görünmür. Bu açıqlama ABŞ-ın qlobal gücünü nümayiş etdirməyə hesablanmış növbəti siyasi mesaj kimi dəyərləndirilə bilər.
Bununla belə, Baqram bazası ətrafında yaranan yeni gərginlik fonunda ABŞ-Taliban münasibətlərinin sərtləşəcəyi və bölgədə geosiyasi qarşıdurmaların artacağı istisna deyil.
Səbinə Həsənova
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Sentyabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri