Icma.az
close
up
RU
TRAMPIN DAHA BİR YALANI İFŞA OLUNDU Tariflər ABŞ nin gömrük gəlirlərinə necə təsir edib?

TRAMPIN DAHA BİR YALANI İFŞA OLUNDU Tariflər ABŞ nin gömrük gəlirlərinə necə təsir edib?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp demək olar, işğalçılıq müharibəsi aparan Rusiya istisna olmaqla bütün dünyaya elan etdiyi və dünya iqtisadiyyatı, eləcə də ABŞ-nin özü çünü üçün ciddi mənfi fəsadlar yaratmağa başlayan “ticarət savaşı”na haqq qazandırmağa çalışıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp getdikcə artan narazılıqları səngitmək üçün ABŞ-nin guya artıq yeni tariflərdən külli miqdarda gəlir əldə etdiyini iddia edib. 

O deyib ki, ABŞ tariflərin kəskin yüksəldilməsi sayəsində gündə 2 milyard dollar qazanır: "Tariflər haqqında bilmək istəyənlər üçün isə deyim ki, tariflərdən gündə təxminən 2 milyard dollar qazanırıq, 2 milyard dollar! Və bizdə hər şey çox yaxşıdır. Amerika yenidən çox zəngin olacaq".

ABŞ Prezidenti həmçinin bildirib ki, Yaponiya və Cənubi Koreya artıq ticarət sövdələşmələri üzrə danışıqlar aparmaq və onun administrasiyası tərəfindən tətbiq edilən yeni tariflərdən yayınmaq üçün öz nümayəndələrini Vaşinqtona göndərirlər. Eyni zamanda, “Reuters” qeyd edir ki, ABŞ Maliyyə Nazirliyinin rəsmi məlumatları Trampın elan etdiyi rəqəmləri qətiyyən təsdiqləmir. Əksinə, ABŞ-nin gömrük gəlirlərinin kəskin azaldığını, büdcənin ciddi ziyan gördüyünü ortaya qoyur.

Belə ki, ABŞ Xəzinədarlığının gündəlik maliyyə hesabatlarına görə, "gömrük və aksiz vergiləri" kimi təsnif edilən daxilolmalar aprel ayında gündə təxminən 200 milyon dollar təşkil edib. Hansı ki, tariflərdən əvvəlki fevral ayında ABŞ hökuməti təxminən 7,25 milyard dollar gömrük rüsumları toplayıb. Həmçinin Qərb mətbuatının da yazdığı kimi, tariflərin yüksəldilməsi zamanı ciddi hesablama səhvlərinə yol verilib.

Onu da əlavə edək ki, Trampın bu “dahiyanə iqtisadi gedişi” nəticəsində ABŞ-nin böyük sayda vətəndaşlarının çalışdığı iri şirkətlər ümumilikdə trilyonlarla dollar ziyan görüb, fond indeksləri çöküb. Əksər iqtisadçılar bunun nəticə olaraq, ABŞ də daxil olmaqla bütün dünya iqtisadiyyatını böhran, resesiya gözlədiyini proqnozlaşdırırlar.

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Aprel 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri