Icma.az
close
up
RU
Trampın elan etdiyi qərar qüvvəyə mindi İqtisadi gərginlik davam edir

Trampın elan etdiyi qərar qüvvəyə mindi İqtisadi gərginlik davam edir

Icma.az, Milli.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın açıqladığı gömrük vergiləri rəsmi şəkildə qüvvəyə minib və bu qərarın dünya ticarətində ciddi dalğalanmalara səbəb olacağı gözlənilir.

Milli.Az xəbər verir ki, aprel ayının 2-də Tramp yeni gömrük tariflərini elan edib. Əvvəlcə bütün ölkələrə 10 faiz dəyərində ümumi gömrük vergisi tətbiq olunub və bu qayda 5 apreldən qüvvəyə minib. Bu gün isə ölkələrə xüsusi olaraq təyin edilmiş qarşılıqlı tariflər tətbiq olunmağa başlayıb. Çinlə bağlı isə xüsusi bir qərar verilib. ABŞ, bu ölkədən gələn mallara əlavə olaraq 50 faiz vergi tələb edir və bununla ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi ümumi gömrük vergisi faizi 104-ə çatıb.

Çin də ABŞ-nin bu qərarına cavab olaraq 10 apreldən etibarən ABŞ mallarına eyni - 34 faiz - gömrük vergisi tətbiq edəcəyini bildirib. Çin bununla kifayətlənməyib, ABŞ-nin təhdidlərinə qarşı çıxacağını və öz maraqlarını sonadək qoruyacağını bəyan edib. Çin rəsmiləri ABŞ-nin bu addımını "şantaj" adlandıraraq belə davranışların qəbuledilməz olduğunu vurğulayıblar.

Donald Tramp açıq şəkildə xəbərdarlıq etmişdi ki, əgər hansısa ölkə ABŞ-nin vergilərinə cavab olaraq eynisini edərsə, həmin ölkəyə qarşı daha sərt vergilər tətbiq olunacaq. Çin 34 faizlik vergini geri çəkmədiyinə görə, ABŞ da söz verdiyi kimi, 50 faiz əlavə vergi qərarını 9 apreldə reallaşdırıb.

Yeni vergilər yalnız Çinlə məhdudlaşmayıb. Avropa İttifaqına 20 faiz, Vyetnama 46 faiz, Yaponiyaya 24 faiz və bir sıra digər ölkələrə də müxtəlif faiz dərəcələrində əlavə tariflər tətbiq olunub. Türkiyə və Azərbaycan isə sadəcə 10 faizlik ümumi gömrük vergisi tətbiq olunan ölkələr arasındadır.

Hazırda dünya bazarlarında narahatlıq müşahidə olunur. İqtisadçılar bu gedişatın dünya iqtisadiyyatında sabitliyi poza biləcəyindən ehtiyat edirlər. ABŞ və Çin arasında başlayan bu gömrük müharibəsinin sonu hələ görünmür.

İslam
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri