Icma.az
close
up
RU
Trampın fərmanı beynəlxalq sistemin dağıdılmasıdır Politoloq

Trampın fərmanı beynəlxalq sistemin dağıdılmasıdır Politoloq

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"ABŞ Prezidenti Donald Tramp birinci prezidentliyi dövründə də hesab edirdi ki, bir sıra beynəlxalq təşkilatlar və beynəlxalq qurumlar səmərəli deyil, düzgün işləmir, Amerikanın milli maraqlarına xidmət etmir, öz maraqlarına uyğun fəaliyyət göstərirlər və sair".

Bu fikirləri Redaktor.az-a ABŞ-nin 66 beynəlxalq təşkilatdan çıxmasından danışan politoloq Əli Mustafa bildirdi.

Onun sözlərinə görə, Trampın belə bir fərman imzalaması, əslində, beynəlxalq sistemin dağıdılması kimi qəbul edilə bilər:

"Tramp həm də bu qurumları daha çox qlobalistlərin təsiri və nəzarəti altında olan qurumlar kimi dəyərləndirirdi və hesab edirdi ki, bu qurumlar vasitəsilə qlobal güclər dövlətlərə təsir edir, onların işlərinə müdaxilə edirlər. Biz xatırlayırıq ki, onun Paris razılaşması ilə bağlı və Beynəlxalq Səhiyyə Təşkilatı ilə bağlı narazılıqları birinci prezidentliyi dövründə var idi. İndi də geri qayıtdıqdan sonra yenidən öz mövqeyində qalıb. Hətta NATO-nun və BMT-nin maliyyələşməsi ilə bağlı da bir neçə dəfə etirazlarını bildirib, giley-güzar edib. Yəni mövcud olan beynəlxalq sistemi demontaj etmək niyyətini ortaya qoyur. Yəni bu təşkilatların böyük bir hissəsi məhz Amerikadan maliyyələşirdi, ABŞ-nin maliyyə dəstəyi ilə ayaqda dururdu. İndi Amerikanın bu təşkilatlardan imtina etməsi, onların maliyyələşməsindən geri çəkilməsi həm o təşkilatların nüfuzuna zərbə vurur, həm də onların maddi vəziyyətinin çətinləşməsinə gətirib çıxaracaq".

Politoloq vurğuladı ki, mövcud beynəlxalq sistemin aradan çıxarıldığını demək olar:

"Yəni Trampın bu fəaliyyətinin əsas məqsədi budur. Bu, artıq dünyanın yenidən formalaşdırılması, yenidən bölüşdürülməsi prosesinə daxil olduğumuzu göstərir. O baxımdan da İkinci Dünya müharibəsindən sonra mövcud olan beynəlxalq sistemə artıq əhəmiyyət verilmir və hesab olunur ki, bu qurumlara lüzum yoxdur, onlar öz təyinatları üzrə fəaliyyət göstərmir və səmərəli işləmirlər. Ona görə də Tramp bu təşkilatlardan Amerikanın çıxdığını bildirir, onları maliyyələşdirməkdən imtina edir. Bu isə o deməkdir ki, tədricən bu təşkilatlar digər dövlətlər tərəfindən də rədd olunacaq və nəticədə bu sistem çökəcək. Təbii ki, hansısa bir dövrdən sonra, yəqin ki, yeni beynəlxalq sistemin yaradılması, yeni təşkilatların formalaşdırılması məsələsinə baxılacaq. Hələlik isə köhnələrin əhəmiyyətsizləşdirilməsi mərhələsindəyik".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Yanvar 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri