Icma.az
close
up
RU
“Trampın fikrincə, Rusiya neft və qazını sata bilməsə, müharibəni...”

“Trampın fikrincə, Rusiya neft və qazını sata bilməsə, müharibəni...”

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

“ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini sonlandırmaq üçün müxtəlif dövlətlərin Rusiyadan neft alışını dayandırmasına çalışır. Ağ Ev sahibinin fikrincə, Rusiya neft və qazını sata bilməsə, Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Bu arada, Trampın rusiyalı həmkarı Vladimir Putinlə növbəti görüşü planlaşdırılır”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, görüş yerinin Macarıstan paytaxtının seçilməsi hər iki tərəfin maraqlarına cavab verir: 

“Macarıstanın baş naziri Viktor Orbanın həm Donald Tramp, həm də Vladimir Putinlə yaxşı münasibətləri var. Bu arada, Donald Trampın iddiasına görə, Hindistanın baş naziri Narendra Modi onunla telefon söhbəti zamanı Rusiya neftinin alışını dayandırmağa hazır olduğunu bildirib. Tramp onu da deyib ki, Hindistanın Rusiya neftindən imtinası zaman tələb edir. Buna baxmayaraq, Ağ Ev sahibi Hindistanın Rusiya neftindən tədricən imtina edəcəyinə əmin olduğunu bildirib. Dehli Trampın Hindistanın Rusiyadan neft alışını dayandıracağını təsdiq etməyib. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bildirib ki, Hindistanın enerji siyasətinin hədəfləri enerji daşıyıcılarının sabit qiymətlərinin və etibarlı təchizatının təmin edilməsindən ibarətdir. Bu o deməkdir ki, Hindistan Rusiya neftindən imtina etməyə hazırlaşmır. Rusiya Hindistana nefti dünya qiymətlərindən ucuz satdığına görə, Hindistanın neftayırma zavodları bundan qazanc əldə edirlər. Əgər Hindistan Rusiya neftindən imtina edərsə, körfəz ölkələrindən neft alışını artırmalı olacaq”. 

Politoloq bildirib ki, Tramp Hindistanla yanaşı, Çinin də Rusiya neftindən imtinasına çalışır:

“Ancaq Pekin Vaşinqtonun tələbini yerinə yetirməcəyini bəyan edib. Pekin Vaşinqtonun tətbiq etdiyi sanksiyaların əleyhinədir. Maraqlıdır ki, ABŞ-nin strateji müttəfiqi Yaponiya da Rusiyadan neft alır. ABŞ-nin maliyyə naziri Skott Bessent Tokionun Rusiyadan enerji idxalını dayandırmasını zərurətini qeyd edib. O bunu Yaponiyanın maliyyə naziri Katsunobu Kato ilə görüşdə deyib. Görünür, Rusiyanın ucuz nefti Yaponiyanı da cəlb edir. Ancaq Dehli və Pekindən fərqli olaraq Tokio Vaşinqtonun tələbini yerinə yetirmək məcburiyyətindədir. Yaponiya məhsullarının əsas bazarı ABŞ-dir. Yaponiya ABŞ ilə birgə layihələrə 550 milyard dollar sərmayə qoyacağına boyun olub”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri