Trampın gizli yazışmaları ifşa etməsi Avropada şok yaratdı: ABŞ a etimad sarsılır
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, vu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın bu addımı avropalı siyasətçiləri onun Qrenlandiya ilə bağlı Avropa ölkələrinə yönəltdiyi təzyiq və təhdidlərdən belə daha çox heyrətə salıb. Qeyd olunur ki, ABŞ prezidenti sonradan həmin təhdidlərdən geri çəkilsə də, şəxsi yazışmaların dərc edilməsi Avropada “qırmızı xəttin” keçilməsi kimi qiymətləndirilib.
Adının açıqlanmasını istəməyən avropalı diplomat Trampın davranışını qəbuledilməz adlandıraraq bildirib ki, bu hadisə dövlət başçıları arasında birbaşa və qeyri-rəsmi yazışmalar dövrünün sonu ola bilər. Diplomatın sözlərinə görə, bundan sonra liderlər arasında bütün yazılı ünsiyyət çoxsaylı bürokratik filtrlərdən keçəcək.
Avropa diplomatları və yüksək vəzifəli rəsmilər xəbərdarlıq edirlər ki, Avropa liderləri ilə Donald Tramp arasında etimadın itməsi ciddi və uzunmüddətli nəticələrə yol aça bilər. "Politico"nun mənbələrindən birinin fikrincə, Trampın Qrenlandiya üzərində nəzarəti güc yolu ilə ələ keçirmək hədəsi belə “Şimali Atlantika Alyansını reanimasiyaya salıb”. Digər mənbə isə vəziyyəti daha sərt ifadə edib: “Etimad artıq yoxdursa, onu geri qaytarmaq mümkün deyil. Dünya əvvəlki dünya deyil”, - deyə qeyd edib.
Xatırladaq ki, Donald Tramp daha əvvəl "Truth Social" sosial şəbəkəsində Emmanuel Makron və Mark Rüttenin ona göndərdiyi şəxsi mesajların skrinşotlarını yayımlayıb. Makron yazışmalarda Parisdə “Böyük Yeddilik” (G7) ölkələrinin sammitinin keçirilməsini və Rusiya tərəfinin dəvət olunmasını təklif edib. Mark Rütte isə Trampın xarici siyasətini açıq şəkildə tərifləyib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 23 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















