Icma.az
close
up
RU
Ötən il İsrail və Tacikistandan Azərbaycana gələnlərin sayı artıb

Ötən il İsrail və Tacikistandan Azərbaycana gələnlərin sayı artıb

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ildə Azərbaycan Respublikasına dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.

Gələnlərin 23,9 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 faizi İsrail, 2,5 faizi Çin, 2,4 faizi Özbəkistan, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 67,0 faizini kişilər, 33,0 faizini qadınlar təşkil etmişdir.

2024-cü illə müqayisədə İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan – 1,6 dəfə, İordaniyadan – 49,9 faiz, Çindən – 41,7 faiz, Özbəkistandan – 34,3 faiz, Qırğızıstandan – 33,7 faiz, Niderlanddan – 27,5 faiz, Yaponiyadan – 25,8 faiz, Qazaxıstandan – 20,1 faiz, İtaliyadan – 13,7 faiz, Pakistandan – 12,5 faiz, Almaniyadan – 11,1 faiz artmışdır. 2024-cü illə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 faiz azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 faiz azalaraq 865,7 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 2,0 faiz artaraq 1169,6 min nəfər təşkil etmişdir. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 faizi hava, 22,9 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2024-cü illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,3 faiz azalaraq 2109,9 min nəfər olmuşdur. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 20,4 faiz, İrana gedənlərin sayı 9,2 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31,5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,6 faiz azalmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 14,5 faizi Rusiya Federasiyasına, 10,7 faizi Gürcüstana, 9,7 faizi İrana, 23,9 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 63,5 faizini kişilər, 36,5 faizini qadınlar təşkil etmişdir.

2025-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,6 faizi hava, 28,5 faizi dəmir yolu və avtomobil, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://banco.az
archiveBu xəbər 23 Yanvar 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri