Icma.az
close
up
RU
Trampın gizli Zəngəzur planı ilə bağlı sensasion iddialar: İrəvan ərazisini ABŞ yə təhvil verir?

Trampın gizli Zəngəzur planı ilə bağlı sensasion iddialar: İrəvan ərazisini ABŞ yə təhvil verir?

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Azərbaycanın rəsmi mövqeyi ilə hələlik ziddiyyət təşkil edən "üçtərəfli gizli anlaşma" barədə iddiaların Qərb mətbuatı tərəfindən Cənubi Qafqazda növbəti informasiya xaosu yaratmaq cəhdi ola biləcəyi də istisna deyil... Əks halda, Ağ Evin belə məlumatları məqsədyönlü şəkildə dövriyyəyə buraxmarla, ABŞ-ın Cənubi Qafqaz planlarına əvvəlcədən propoqanda məkanı qazanmağı hədəflədiyini də düşünmək olar...

Ölkə.Az xəbər verir ki, bu barədə "Yeni Müsavat"ın yazdığı analitik məqalədə deyilir.

Bildirilir ki, Cənubi Qafqaz ətrafında gərginləşən geopolitik savaş indi əsasən Zəngəzur dəhlizi üzərində indeksləşib. Belə ki, dünya nəhəngləri eyni vaxtda bu dəhlizə yerləşməyə can atırlar. Halbuki, bu, qətiyyən mümkün deyil. Yəni əgər, Zəngəzur dəhlizində hansısa regiondan kənar iştirakçı olacaqsa, bu, onlardan yalnız biri ola bilər. Üstəlik, həmin dünya nəhəngi Azərbaycan və Ermənistanın maraqlarına eyni vaxtda uyğun gəlməyə borcludur. Və bu baxımdan, Zəngəzur dəhlizinin hazırda əsl "nifaq alması"na çevrilməyə başlaması qətiyyən gözlənilməz deyil.

Onu da qeyd etmək lazımdır ki, İspaniyanın "Periodista Digital" nəşri bu önəmli geoiqtisadi layihə ilə bağlı Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanmış gizli memorandumun detallarını açıqlayıb. Halbuki, rəsmi Bakının belə bir gizli sənədə imza atma ehtimalı kifayət qədər ciddi şübhələr doğurur. Bununla belə, İspaniya nəşrinin təsdiqlənməmiş iddialarına görə, gizli razılaşma Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçəcək strateji bir dəhlizin – “Tramp Körpüsü”nün yaradılmasını nəzərdə tutur. Bu dəhliz vasitəsilə Azərbaycanla onun eksklavı Naxçıvan arasında birbaşa quru bağlantısı təmin ediləcək.

İspaniya nəşrinin iddiasında yer alan və böyük maraq doğuran əsas məqamlardan biri odur ki, Zəngəzur dəhlizi adı hələlik bəlli olmayan ABŞ şirkəti tərəfindən idarə olunacaq. Ermənistan isə bu dəhlizin gəlirdən yalnız 30 faiz pay ala biləcək. Digər tərəfdən, Zəngəzur dəhlizi ərazisində 1000 nəfərlik ABŞ-a bağlı özəl hərbi kontingentin yerləşdirilməsi planlaşdırılır. Və həmin hərbi kontingentə güc tətbiqi səlahiyyətinə malik olacaqlar.

Əgər, məlumatda yer alan iddialar təsdiqini taparsa, bu, Cənubi Qafqazda geosiyasi tarazlığın köklü şəkildə dəyişməsinə səbəb ola bilər. Belə ki, Zəngəzur bölgəsi Ermənistanla İranı birləşdirən yeganə keçiddir. Bu bölgədə ABŞ hərbi kontingentinin nəzarətində geoiqtisadi dəhlizin yaradılması İranın şimaldan təcrid olunmasına yol aça biləcək önəmli prosesin başlanmasına da səbəb ola bilər.

Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması Türkiyə-Azərbaycan əlaqəsinin möhkəmlənməsi ilə yanaşı, həm də Ermənistanın üzünü Rusiyadan Qərbə doğru çevirməsi prosesinin böyük ölçüdə tamamlanması demək olacaq. Bu vəziyyət həm İranın, həm də Rusiyanın narahatlığını artırır. Və bu baxımdan, Zəngəzur dəhlizi artıq təkcə tranzit marşrutu deyil, həm də böyük güclərin qarşıdurmasında əsas təmas nöqtəsinə çevrilməkdədir.

Üçtərəfli memorandum barədə iddialar doğrudursa, onda bu, həm də o deməkdir ki, ABŞ bölgəyə özəl hərbi şirkət üzərindən yerləşmiş olacaq. Bu model ABŞ-a rəsmi hərbi baza qurmadan regionda geopolitik təsir imkanları açacaq. Yəni, Ağ Ev regiondakı geoiqtisadi layihələrin təhlükəsizliyini təmin etmək adı altında ABŞ-ın Cənubi Qafqazda hərbi iştirakını legitimləşdirəcək.

Təbii ki, bütün bunlar eyni zamanda, İrana və Rusiyaya qarşı təzyiq alətinə çevrilərək, geostrateji manevr mexanizmi rolunu da oynayacaq. Əgər, bu iddiaları ifadə edən variant baş tutarsa, Cənubi Qafqazda ABŞ-ın yeni geopolitik fəaliyyət taktikasının ilkin təzahürləri artıq ən yaxın vaxtlarda müşahidə olunmağa başlaya bilər. Və əslində, bu, ABŞ-ın  ilk baxışdan yumuşaq görünən, ancaq olduqca sərt nəticələr doğura biləcək strategiyasından xəbər verir.

Onu da qeyd etmək lazımdır ki, İran üçün Ermənistan uzun illərdən bəri strateji tampon bölgə rolunu oynayırdı. ABŞ-a bağlı silahlı kontingentin sərhəddə yerləşdirilməsi İran tərəfindən açıq təhdid kimi qiymətləndirilə bilər. Ancaq İranın indiki situasiyada ehtimal edilən reaksiyalarının Ermənistanla ikitərəfli münasibətlərin gərginləşdirilməsi ilə məhdudlaşacağını elə indidən təxmin etmək olar.

Rusiyaya gəldikdə isə Kremlin Ermənistandakı təsir mexanizmləri onsuz da zəifləməyə başlamışdı. Çünki Ermənistanın KTMT üzvlüyü hazu formal xarakter daşıyır və rəsmi İrəvan bu ilin sonuna doğru qurumu tərk edəcəyini sezdirir. Digər tərəfdən, Azərbaycanın Qarabağ bölgəsindən də rus sülhməramlıları artıq çıxarılıb. Bu baxımdan, Rusiya artıq Cənubi Qafqazda fəal oyunçu deyil. Ağ Evin “Tramp Körpüsü” planı teallaşarsa, bu prosesin yekun mərhələyə keçidi qaçılmaz olacaq. Və Kreml üçün bu, yalnız nüfuz itkisi deyil, ümumiyyətlə, Rusiyanın Cənubi Qafqazdan geopolitik izlərinin böyük ölçüdə silinməsi anlamı daşıyacaq.

Maraqlıdır ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi qətiyyətli və prinsipial xarakter daşıyır. Belə ki, rəsmi Bakı Zəngəzur dəhlizinin regional geoiqtisadi layihə olduğunu və bu regiondan kənar güclərin iştirakında qətiyyən maraqlı deyil. Və ABŞ şirkətinin Zəngəzur dəhlizini 100 il müddətinə icarəyə götürmək planı barədə mövqeyini açıqlayan prezident İlham Əliyev birmənalı şəkildə bildirib ki, Azərbaycan ərazisində heç bir xarici ölkənin operatoru fəaliyyət göstərməyəcək.

Ona görə də, Azərbaycanın İspaniya nəşrinin iddia etdiyi gizli memoranduma imza atmış ola biləcəyi o qədər də inandırıcı görünmür. Ola bilsin ki, bu məsələ hazırda ABŞ və Ermənistan arasında müzakirə edilir, Azərbaycan isə bu prosesdə iştirak etməyə ehtiyac duymur. Və böyük ehtimalla gündəmə gətirilmiş bu iddiaların reallıqla hansı səviyyədə əlaqəli olduğu tezliklə aydınlaşmağa başlayaraq.

Bu baxımdan, hesab etmək olar ki, ya bu iddialar Qərb mətbuatının növbəti informasiya xaosu yaratmaq cəhdidir. Ya da ola bilər ki, Ağ Ev belə məlumatları Qərb mətbuatı üzərindən dövriyyəyə buraxmarla, ABŞ-ın Cənubi Qafqaz planlarına propoqanda dəstəyi qazanmağı hədəfləyir. Və bu baxımdan, mövcud iddialar nə qədər sensasiyalı xarakter daşısa da, olduqca ciddi suallar da doğurur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri