Trampın İrana hücumu buna görə nəticəsiz oldu Bolton
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra “öz tələsinə düşüb”.
Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib.
O qeyd edib ki, Ağ Ev rəhbəri lazımi siyasi və diplomatik hazırlıq olmadan hərbi kampaniyaya başlayıb.
Onun sözlərinə görə, Tramp son həftələr ərzində özünə “qələbə” elan etməyə imkan verəcək bir razılaşma əldə etməyə çalışırdı, lakin eyni zamanda Barak Obama dövründəki İranın nüvə sazişinə bənzər müqavilənin bağlanmasından ehtiyat edirdi.
Bolton bildirib ki, zərbələr başlamazdan əvvəl ABŞ administrasiyası Amerika cəmiyyətinə niyə güc tətbiqinin İran rejiminin dəyişdirilməsi, nüvə təhdidinin aradan qaldırılması və ya Tehranın hərbi potensialının məhv edilməsi üçün vacib olduğunu izah etməyib.
O həmçinin iddia edib ki, Ağ Ev Konqres, NATO müttəfiqləri, Fars körfəzi ölkələri və Hind-Sakit okean regionundakı tərəfdaşlarla tammiqyaslı məsləhətləşmələr aparmayıb.
Bolton həmçinin vurğulayıb ki, Vaşinqton öz hərəkətlərini İran müxalifəti ilə koordinasiya etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 12 May 2026 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















