Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

İran rejimi legitimliyini itirir ŞƏRH

Trampın İrana “maksimum təzyiq” planının İLGİNC DETALLARI: Bu ssenari Azərbaycan üçün məqbul deyil...

Trampın İrana “maksimum təzyiq” planının İLGİNC DETALLARI: Bu ssenari Azərbaycan üçün məqbul deyil...

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası hökumətinə maksimum təzyiqi bərpa edən, İranı nüvə silahına aparan bütün yolları rədd edən və İranın xaricdəki bədxah təsirinə qarşı mübarizə aparan Milli Təhlükəsizlik Prezident Memorandumunu imzalayıb.

I Sənədin İranın nüvə proqramı kontekstindəki qiymətləndirilməsinə dair:

1. İran müxtəlif regionlarda uğursuzluqlarla üzləşdiyi bir şəraitdə nüvə sahəsindəki tədqiqatları genişləndirib. İranın nüvə silahına yaxınlaşması üçün yanaşmaları Tehranın çəkindirmə gücünün əsas elementlərinin – proksi qüvvələrin - aşındığı bir vaxta təsadüf edir.

İran kompensasiyaedici çəkindirmə gücü yaratmaq üçün zənginləşdirilmiş uran istehsalını kəskin şəkildə artıran addımlar atır. Rəqəmlə ifadə etsək, İran uran istehsalındakı zənginləşdirməni 60 faizdən 90 faizə qaldıra biləcək potensiala malik ola bilər.

2. Məlumatlara əsasən, İran uranın 60 faizə qədər zənginləşdirməsini dağın içində dərin basdırılmış “Fordo” müəssisəsində həyata keçirib. Bu cəhətdən İranın nüvə proqramını hərbi zərbələrlə pozmaq cəhdləri mənasızlaşır, çünki hətta atılacaq raketlər belə, İranın dağların dərinliklərindəki nüvə obyektlərinə nüfuz edə bilmir. Ona görə də, Donald Tramp İranı nüvə silahı əldə etmək ehtimallarına qarşı “maksimum təzyiq” kampaniyasını İran iqtisadiyyatını çökdürməklə uyğunlaşdırır. “Maksimum təzyiq” sanksiyaları çox güman ki, İran iqtisadiyyatının daha da pisləşməsinə səbəb olacaq.

Çünki İran büdcəsi daha çox neft ixracından gələn gəlirlərdən asılıdır. Sərəncam isə İranın enerji ixracı ilə əlaqədar sanksiyaları əhatə edir. Bunlara baxmayaraq, istər İran, istərsə də ABŞ potensial hərbi münaqişəyə deyil, əldə edilə biləcək sövdələşmələrə hazırlaşırlar. Yəni, İranın nüvə fəaliyyətlərində ABŞ-nin istədiyi dəyişikliklər edilməsə, Vaşinqtondan Tehrana qarşı sanksiyaların tətiklənməsi davam edəcək. Hərçənd ki, İrana qarşı cəza tədbirlərinin necəliyi ABŞ ilə İsrail arasında mübahisələr yaradacaq.

3. Rusiya ilə İran arasında imzalanmış Hərtərəfli Srateji Tərəfdaşlıq Saziş tərəflərin nüvə enerjisi sahəsindəki əməkdaşlığını da əhatə edir (dinc məqsədlərlə). Rusiya İranın nüvə proqramının nüvə silahı həddinə qədər gəlməsində maraqlı deyil. Buna görə də, Rusiya ABŞ-dən İrana qarşı təzyiqləri nüvə təhlükəsizliyi üzrə öhdəliklərin pozulması kontekstində deyil, iqtisadi mənzərədə qiymətləndirir.

Yəni Rusiya illərdir ki, İranı nüvə təhlükəsizliyi üzrə öhdəlikləri pozmasının nəticələrinə görə məsuliyyət daşımağa hazır deyil.

II Sənədin Azərbaycan üçün mümkün fayda və zərərləri

1. Memeranduma əsasən, Baş Prokuror ABŞ daxilində İranın və ya İranın terror provayderi tərəfindən maliyyələşdirilən maliyyə və logistik şəbəkələri, əməliyyatçılar və ya cəbhə qruplarını araşdırmaq, pozmaq və mühakimə etmək üçün bütün mövcud hüquqi addımları atacaq. Bu, ABŞ-nin xarici siyasətinə də sirayət edəcək, çünki hərtərəfli əməliyyatlar İranın sponsorluq etdiyi təşkilat və ya şəxslərdən yan keçməyəcək. Ümumilikdə sənəd, o cümlədən qeyd edilən kontekst Azərbaycan üçün də aktuallıq kəsb edir.

2. İranın nüvə faylının minimallaşmasına qarşı tədbirlərin davamı olaraq, ABŞ Cənubi Qafqaz məkanını Tehrana qarşı cəbhə kimi nəzərdən keçirə bilər. Bu ssenari, Azərbaycan üçün məqbul deyil, çünki Vaşinqtondan mümkün həmlələr Bakı-Tehran arasında gərginlik ocaqlarını dirçəldə bilər. Belə olduğu təqdirdə, İran Azərbaycanın maraqları ilə xarici oyunçuların ambisiyaları arasında paralellik aparmaq cəhdlərini yenidən təkrarlayacaq ki, bu da ən azından siyasi gərginliklə müşayiət olunacaq.

Siyasi təhlilçi Aqşin Kərimov,

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://sitat.info
archiveBu xəbər 05 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri