Trampın Konqresdən XAHİŞİ: “Qızıl Qübbə”ni yaratmaq üçün maliyyə ayırın” VİDEO
Icma.az bildirir, Bizim media portalına istinadən.
“Biz gələcəyin ən güclü ordusunu qurmaq istəyirik”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp konqresdəki çıxışında səsləndirib.
“Mən Konqresdən vətənimizi qorumaq üçün ABŞ-də istehsal olunan ən müasir “Qızıl Qübbə” raketdən müdafiə sisteminin maliyyələşdirməsini xahiş edirəm. Ronald Reyqan bunu etmək istəyirdi, amma onda texnologiya hazırki səviyyədə deyildi. İndi bunu edəcək texnologiyamız var”, - deyə, qeyd edib.
ABŞ Prezidenti sözügedən sistemin İsraildə olduğunu da vurğulayıb.
"Bizdə bu sistem olmalıdır. Çünki biz qorunmaq istəyirik. Biz müdafiə sənayesi bazamızı gücləndirib, vətəndaşlarımızı heç vaxt olmadığı qədər qoruyacağıq”, - deyə Tramp əlavə edib.
Xatırladaq ki, Tramp ötən ay “Dəmir Qübbə” milli raketdən müdafiə sisteminin inkişafı haqqında sərəncam imzalayıb.
Bizim.Media


