Icma.az
close
up
RU
Trampın müharibəyə 5 günlük ara vermək planı nəyə xidmət edir?

Trampın müharibəyə 5 günlük ara vermək planı nəyə xidmət edir?

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Yaxın Şərqin geopolitikasının bir daha əvvəlki kimi olmayacağı aydındır. İran rejimi ayaqda qalacaqsa, qarşıdurmanın daha da dərinləşəcəyi də aydındır. Bundan sonra İran nə etsə də ərəb ölkələri ilə normal münasibət qura bilməz, çünki çox qırmızı cizgilər keçilib. İsraillə isə heç olmayacaq. Artıq hər kəs müharibə dövründə kimin kim olduğunu, ABŞ da daxil kimin nəyə qadir olduğunu görür. Təbii ki, bu, İran rejiminin ayaqda qalması durumunda keçərli olacaq, əks halda digər məsələlər aydındır.
Trampın müharibəyə beş günlük ara verməsi isə İranla danışıqlar məsələsi deyil. Bu, ərəb ölkələrinə verilən vaxtdır. Ərəblər yaxşı bilirlər ki, İran rejimi ayaqda qalsa heç nə əvvəlki kimi olmayacaq. ABŞ-a da, onun müdafiəsinə də inam olmayacaq. Onlar İranla baş-başa qalacaqlar gələcəkdə. Ya əksəriyyətinin qəbul etmədiyi Türkiyənin ümidinə qalacaqlar, ya da Çinin. Ona görə də İran məsələsini indi həll etmək onlar üçün ən məqbuludur. Trampın da müharibənin davam etməsi üçün şərtləri bəllidir. İndi ərəblər bu şərtlər barəsində müzakirə etməlidirlər ki, kim nə qədər pul verəcək.
İsrail isə öz planlarının həyata keçirilməsi üçün axıra kimi gedəcək. İranın atdığı raketlərin zərəri İsrailin vurduğu zərbələrdən qat-qat zəifdir. Əgər atılan iyirmi raketdən ikisi İsrail ərazisinə düşürsə, bunun da ən azı birinin İsrailin özünün imkan yaratdığını hesab edirəm, onda məsələ aydın olur. İranın isə bir neçə günə məğlub olmasını gözləmək də sadəlövhlük olardı. İranı əsas müharibədən sonra çətin günlər gözləyəcək.
Azər Qasımov, ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Mart 2026 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri