Trampın müşaviri: Azərbaycan Ermənistan sülh müqaviləsinin razılaşdırılmasından məmnunuq
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
“Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “X” hesabında yazıb.
“Bu həftə Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, cənab Hikmət Hacıyevlə danışdım.
Azərbaycan və Ermənistanın böyük bir addım ataraq sülh sazişi üzərində razılığa gəlməsindən məmnunuq. Ona bildirdim ki, biz bu sülh müqaviləsini indi yekunlaşdırmalı və regionu daha təhlükəsiz, firavan etmək üçün birlikdə çalışmalıyıq”, - Uolts qeyd edib.
O, həmçinin Amerikanın Qızıl Dövrünün dünyaya sülh və rifah gətirəcəyini və bu baş verənə qədər işləməyə davam edəcəklərini əlavə edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 16 Mart 2025 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















