Trampın müşaviri: Zelenski sülh müqaviləsi bağlamaq barədə danışmağa hazır deyil
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh müqaviləsi bağlamaq barədə danışmağa qətiyyən hazır deyil.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “Fox News” telekanalına müsahibəsində deyib.
“Problem budur: Zaman onun tərəfində deyil. Zaman bu münaqişənin əbədi olaraq davam etməsinin tərəfində deyil”, - o qeyd edib.
Vals bildirib ki, Ağ Ev Zelenskinin Ukraynadakı döyüşlərə son qoymaq üçün lazım olan kompromisləri etmək istəyini görmür: “Zelenski Ukraynada müharibəni dayandırmaq üçün lazımi addımları atmalı və lazımi güzəştləri təklif etməlidir”.
O vurğulayıb ki, Vaşinqton Zelenski ilə danışıqları bərpa etməyə hazırdır, lakin o, sülhə sadiqliyini nümayiş etdirməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 03 Mart 2025 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















