Icma.az
close
up
RU
Trampın qələbəsi dünyanın ən zəngin 10 adamına rekord 64 milyard dollar qazandırıb Bloomberg

Trampın qələbəsi dünyanın ən zəngin 10 adamına rekord 64 milyard dollar qazandırıb Bloomberg

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın ən zəngin 10 adamının sərvəti ABŞ prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsindən sonra ümumilikdə rekord həddə – 63,5 milyard dollar artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Nəşrin yazdığına görə, bu, agentlik 2012-ci ildə Milyarderlər İndeksini saxlamağa başlayandan bəri ən böyük gündəlik artımdır. Xüsusilə, seçkilərin nəticələrinə görə ən çox qazanan dünyanın ən varlı adamı İlon Mask olub və Trampın qələbəsindən sonra sərvəti 10,1% (26,5 milyard dollar) artaraq 290,3 milyard dollara çatıb. Reytinqdə ikinci yerdə qərarlaşan “Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos bir gündə 3,2% (7,14 milyard dollar), “Oracle” korporasiyasının rəhbəri Larri Ellison isə 5,4% (9,88 milyard dollar) varlanıb.

Trampın qələbəsindən dolayı faydalananlar arasında “Microsoft”un yaradıcısı Bill Qeyts, bu korporasiyanın keçmiş baş direktoru Stiv Balmer, “Google” qurucuları Larri Peyc və Sergey Brin, “Berkshire Hathaway” rəhbəri Uarren Baffett və kriptovalyuta birjasının rəhbərləri Brayan Armstronq və Çanqpenq Zhao da var.

“Bloomberg”in məlumatına görə, milyarderlərin sərvətinin kəskin artmasına səbəb Trampın Ağ Evə gəlişinin vergilərin azaldılmasına və maliyyə tənzimlənməsinin yumşaldılmasına töhfə verəcəyi gözləntiləri fonunda Amerika şirkətlərinin səhmlərinin qiymətlərində sıçrayış olub.

“Amerikanın maliyyə aktivləri, xüsusən də səhmlər və dollar əhəmiyyətli dərəcədə artmalıdır”, – deyə “Lombard Odier”in baş iqtisadçısı Sami Çaar bildirib. Belə ki, agentlik qeyd edir ki, Trampın qələbəsi ilə bağlı xəbərlər fonunda dollar möhkəmlənməyə başlayıb və S&P 500 indeksi 2,5% yüksəlib.

ABŞ seçkilərində səsvermə başa çatıb. Rəsmi nəticələr hələ yekunlaşdırılmayıb, lakin Amerika mediası Trampın tələb olunan 270 səsə qarşı 300-ə yaxın seçici səsini aldığını bildirib.

Tramp artıq özünü ABŞ-ın 47-ci prezidenti elan edib. Hakim Demokrat Partiyasının namizədi Kəmalə Harris məğlubiyyətini etiraf edib. (Bizimyol.info)

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see155

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see132

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see115

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see114

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see114

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri