Icma.az
close
up
RU
“Trampın qonşu dövlətlərə qarşı ərazi iddiası bu ehtimalı gücləndirir” Qüdrət Həsənquliyev

“Trampın qonşu dövlətlərə qarşı ərazi iddiası bu ehtimalı gücləndirir” Qüdrət Həsənquliyev

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Donald Tramp dünyanın super gücü ABŞ-nin 47-ci prezidenti kimi fəaliyyətə başladı. Onun prezidentliyi ölkəsinə və dünyaya nə vəd edir?

- Trampın Putinin adamı olması deyilir. Onun qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış etməsi də bu ehtimalı gücləndirir. Andiçmə mərasimində və ondan öncə tərəfdarları qarşısında çıxış edən Tramp dünyada ABŞ-nin nüfuzunu qaldıracağını söylədi, amma ölkəsinin müttəfiqləri, tərəfdaşları ilə gələcək əməkdaşlığı barədə bir kəlmə belə söyləmədi. O, çox yaxşı vədlər də verdi. Güclü iqtisadiyyat, yeni iş yerləri, vergilərin azaldılması, cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, güclü ordu quruculuğu, ölkədə qanunun aliliyinin təmin edilməsi, bürokratik dövlət aparatının kiçildilməsi və s. Onun çıxışında ölkəmizin maraqlarına toxunan əsas məsələ neftin qiymətini aşağı salacağı barədə verdiyi vəddir. Çünki ölkəmizin iqtisadiyyatı neft gəlirlərindən çox asılıdır. Tramp enerji daşıyıcılarını satmaqla və idxal rüsumlarını artırmaqla iqtisadiyyatı gücləndirmək istədiyini bəyan etdi. Amma fərqində deyil ki, ABŞ-nin ixrac etdiyi məhsullara da ticarət tərəfdaşları tərəfindən idxal rüsumları qarşılıqlı olaraq artırılacaq. O, 3-cü dünya müharibəsinə yol verməyəcəyini vəd edir. Bu, kiçik dövlətləri ərazi güzəştlərinə getməyə məcbur etmək hesabına olacaqsa, ABŞ-nin beynəlxalq nüfuzu nəinki artmayacaq, əksi baş verəcək.ABŞ-nin müttəfiqlərsiz, təkbaşına Çinlə mübarizəsi onun məğlubiyyəti ilə nəticələnəcək. Çin Tayvan üzərində dövlət suverenliyini bərpa edəcək. Tramp Panamaya hərbi müdaxilə edərsə, müttəfiqləri və qonşuları ilə ticarət müharibəsinə başlayarsa, bu, ABŞ-nin təklənməsinə səbəb olacaq.

ABŞ-də siyasi isteblişmentin korrupsiyalaşmasından, mütəşəkkil cinayətkarlığın tüğyan etməsindən, təhlükəsizliyin və qanunun aliliyinin bərpa olunmasının zəruriliyindən danışan Tramp bunun qarşılığında ABŞ-də gözəl polisin olmasından danışdı, polisi təriflədi, ona dəstək olacağını söylədi. Amma polis zorakılığından, bu sahədə aparılmalı olan islahatlardan bir kəlmə belə danışmadı. Yeri gəlmişkən, mətbuatda dərc olunmuş statistik məlumatlara görə ABŞ-də 2024-cü ildə polis tərəfindən 1361 adam öldürülüb, öldürülən qaradərililərin sayı ağlardan 2.8 dəfə çox olub. 2024-cü ildə yalnız 11 gündə polis tərəfindən adam öldürülməyib. Hər il polis tərəfindən öldürülənlərin sayı artmaqdadır. 616 halda cinayət hadisəsi baş vermədən polis adam güllələyib. 152 halda yol hərəkəti qaydalarını pozmağa görə sürücülər öldürülüb, bu zaman 48 halda polis hərəkətdə olan avtomobilə atəş açıb. Öldürülən 69 nəfər silahsız olub. Yalnız 9 halda polis əməkdaşları məsuliyyətə cəlb olunub.

ABŞ-də bütün çatşmazlıqlarla yanaşı güclü dövlət institutları, hakimiyyət bölgüsü, güclü mətbuat və siyasi müxalifət var. Tramp demokratik dəyərlərdən imtina edib beynəlxalq nizamı pozsa və ölkəsinə ziyan vurmağa başlasa, bu, onun üçün yaxşı sonuclanmayacaq.

Biz arzu edirik ki, o həm dünya, həm də öz ölkəsi üçün uğurlu lider olsun. Bizə Ermənistanla sülh sazişinin imzalanmasında kömək etsin, İran və Rusiya ilə anlaşsın, Türkiyəyə, müttəfiqlərinə güvənsin, regionda sülhə töhfə versin. Ukrayna ilə Rusiya arasında ədalətli sülhə nail olsun. ABŞ dünyanın super gücüdür, ona ədalətli, müdrik və cəsarətli bir insan rəhbərlik etsə beynəlxalq birlik bundan faydalanar. Biz istərdik ki, ABŞ beynəlxalq hüququn və dünyada sülhün, ədalətin təminatçısı kimi çıxış etsin. Tramp İsraillə HƏMAS arasında atəşkəsə nail olmaqla ilk uğura imza atdı, bu sevindiricidir, ona daha böyük uğurlar arzu edirik.

- Qüdrət bəy, dünən AXCP Şəhidlər Xiyabanını ziyarət edərkən yenə də şəhidlərə hörmət qoyulmadığını, onlara maneələr yaradıldığını bəyan etdi. Bu məsələyə də münasibətinizi bilmək istərdik...

- Kiməsə haqq qazandırmaq fikrindən çoz uzağam, amma adama deyərlər, bəs sən necə, şəhidlərimizə hörmət qoyursanmı? Hər il eyni problemlə üzləşirsənsə ziyarətdən siyasi məqsədlər üçün istifadə etməyə çalışma. Bir neçə nəfərlə Xiyabanı ziyarət et, qalan tərəfdarların da ailə üzvləri ilə birlikdə nə vaxt istəyir, o vaxt getsin ziyarətə. Əgər iqtidra çoxsaylı tərəfdarlarının olmasını nümayiş etdirmək istəyirsənsə, hər gün nəyəsə etiraz edirsən, o məsələlərdən birinə görə etiraz aksiyası keçir. Yox, etiraz aksiyasına icazə verilməyəcəyini iddia edəcəksənsə, icazəsiz aksiya zamanı özünün və tərəfdarlarının tutulacağından çəkinirsənsə, onda gərək şəhidlərin qəbrini ziyarət etməkdən də siyasi məqsədlər üçün istifadə etməyi özünə rəva bilməyəsən.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri