“Trampın sülhlə bağlı açıqlaması dəqiqlikdən uzaqdır Bu iddiaların real əsasları yoxdur”
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Politoloq Fərhad Məmmədov ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində rolu ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
F.Məmmədov deyib ki, Tramp İsrailin Baş naziri ilə görüş zamanı yenidən Azərbaycan–Ermənistan sülh gündəliyinin formalaşmasında öz rolunu xatırlatsa da, bu dəfə liderlərlə ünsiyyət formasını düzgün təqdim etməyib. Onun sözlərinə görə, Tramp guya tariflərin artırılması ilə hədələdiyini bildirib, lakin bu iddiaların real əsasları yoxdur.
Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi rəsmi Bakının təşəbbüsü ilə bir neçə il ərzində formalaşıb və Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən ikitərəfli görüşdə yekun şəkildə razılaşdırılıb. O bildirib ki, həmin görüşədək və ondan sonra ABŞ-ın müəyyən rolu olub, lakin gündəlik və addımların ardıcıllığı məhz ikitərəfli formatda razılaşdırılıb.
Fərhad Məmmədov vurğulayıb ki, Azərbaycan və Ermənistan liderləri ABŞ-ın iştirak formasını – tədbirin keçirildiyi məkan, Birgə Bəyannamənin şahidi kimi çıxış etməsi, sülh müqaviləsinin paraflanması və TRIPP layihəsində iştirakı qarşılıqlı razılaşma əsasında müəyyən ediblər. Onun sözlərinə görə, həm Prezident İlham Əliyev, həm də Baş nazir Nikol Paşinyan 8 avqust tarixində keçirilən tədbirdə və sonrasında Prezident Trampın rolunu və ABŞ-nin praqmatik yanaşmasını qeyd ediblər.
Politoloq bildirib ki, bundan kənar hansısa əlavə təsir mexanizmi mövcud olmayıb.
Fərhad Məmmədov diqqətə çatdırıb ki, Bayden–Blinken administrasiyası dövründə ABŞ–Azərbaycan siyasi və iqtisadi münasibətləri ən aşağı səviyyədə olub və bu səbəbdən də tariflərin artırılması üçün real iqtisadi baza mövcud olmayıb. Onun sözlərinə görə, əgər sülh gündəliyi Azərbaycanın maraqlarına zidd olsaydı, 300 və ya 400 faizlik tariflər belə Bakının mövqeyinə təsir göstərə bilməzdi.
Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti regionda sülh gündəliyini ardıcıl şəkildə irəli aparıb və bu prosesdə, o cümlədən əvvəlki ABŞ administrasiyasının yaratdığı təzyiq və maneələri dəf edib.
Fərhad Məmmədov əlavə edib ki, ABŞ-ın xüsusi nümayəndəsi Uitkoffun müxtəlif dövrlərdə səsləndirdiyi fikirlər də danışıqlarda sərtlik olmadığını, əksinə, Prezident İlham Əliyevin mövqeyinə hörmətlə yanaşıldığını göstərib. O xatırladıb ki, Uitkoff ilkin mərhələdə tərəflər razılığa gəlməsə, ABŞ-ın əlavə səylər göstərməyəcəyini bildirib, daha sonra isə Trampın İlham Əliyevlə Oval kabinetdə apardığı dialoqu “dövlət müdrikliyinin və liderliyin nümunəsi” kimi qiymətləndirib.
Politoloq həmçinin Trampın Misirdə keçirilən Sülh Sammitində Prezident İlham Əliyev haqqında səsləndirdiyi “O, çox sülhpərvərdir. Amma onu düşmən kimi qazanmaq yaxşı fikir deyil” fikrini də xatırladıb.
Sonda Fərhad Məmmədov bildirib ki, Prezident Trampın son açıqlaması daha çox dəqiqlikdən uzaq ifadə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Tramp müxtəlif münaqişələrin həllində iştirak edib və bu baxımdan onun rolu ümumilikdə müsbət qiymətləndirilir.
Rasim
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 30 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















