Icma.az
close
up
RU
Trampın tarif siyasəti: Məqsədi, Azərbaycan iqtisadiyyatına mümkün təsirləri TƏHLİL

Trampın tarif siyasəti: Məqsədi, Azərbaycan iqtisadiyyatına mümkün təsirləri TƏHLİL

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı Fərman imzalayıb.

Son dövrlərdə dünya ticarətində baş verən dəyişikliklər ayrı-ayrı ölkələrin daha çox öz iqtisadiyyatlarının müstəqilliyini qorumağa və milli sənayeləri gücləndirməyə yönəlmiş addımlar atmağa başladığını göstərir. Bu baxımdan, ABŞ hökumətinin idxal olunan bütün məhsullara tətbiq edəcəyi rüsum qərarı qlobal ticarət dinamikalarına ciddi təsir göstərəcək. Bunu dünya bazarlarında yeni bir dövrün başlanğıcı da hesab etmək olar.

Qərarın əsas motivləri

ABŞ-ın ticarət siyasətindəki bu dəyişiklik, öncəki dövrlərdəki "Amerika istehsalı" təşəbbüslərinin bir növ davamıdır. Bu siyasət, ölkənin daxili istehsalını dəstəkləmək və xarici məhsullara olan asılılığı azaltmaq məqsədini güdür. Bu məqsədlə, xüsusilə Çinin iqtisadi gücünü zəiflətmək, yeni iş yerləri yaratmaq və ABŞ istehsalçılarının dünya bazarında daha rəqabət qabiliyyətli olmasını təmin etmək məqsədi güdülür. Rüsumun tətbiqi, əsasən, aşağı qiymətli idxal məhsullarının qarşısını almağa yönəlmiş tədbir kimi qiymətləndirilir. ABŞ-da istehsal olunan məhsullara qarşı xarici malların ucuzluğu, yerli istehsalçıların bazarda üstünlük qazanmasının qarşısını alırdı. Rüsumların tətbiqini yerli istehsalın stimullaşdırılması və işsizliyin azalması məqsədilə atılan addım hesab etmək olar.

Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Azərbaycan üçün minimal 10% həcmində gömrük rüsumu müəyyən edilib. Tariflər 3 aprel 2025-ci il tarixindən qüvvəyə minir.

İqtisadçı Eldəniz Əmirov APA-ya açıqlamasında qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti dünyanın bir çox ölkələrinə, təbii olaraq ABŞ-ın özünə də ciddi təsir göstərəcək: “ABŞ-ın tarif siyasəti dünya ölkələrinin bir çoxuna ciddi təsir göstərəcək, məhsulların qiymətini artıracaq, inflyasiyanı yüksələcək”.

Azərbaycan iqtisadiyyatına mümkün təsirləri

Eldəniz Əmirov Trampın rüsum qərarının Azərbaycana təsiri barədə də danışıb.

Azərbaycan idxaldan asılı olan ölkə olduğuna görə, ilk növbədə, ölkəmizə bu yöndə təsir göstərəcək. Azərbaycanın ümumi ixracında ABŞ-ın payı çox kiçikdir. 2024-cü ildə Azərbaycan 26 milyard 538 milyon dollarlıq məhsul ixrac edib. Onun 134 milyon 663 min dolları ABŞ-ın payına düşür. Bu da 0,6 faiz deməkdir. 0,6 faiz o deməkdir ki, yəni Azərbaycanın ixrac etdiyi hər 100 dollarlıq məhsulun cəmi 60 senti ABŞ-ın payına düşür. Digər tərəfdən 10 faizlik tarif tətbiq eləyəndə bu 6 sentin 4-5 senti məhsulun qiymətinə transfer olunur. Ona görə də ixracımızda ABŞ-a yönəlik itki 30 min dolları ötməyəcək bir rəqəmlə ifadə oluna bilər. Yəni böyük rəqəm deyil. Bunu itki hesab etmək olmaz. Sadəcə, problem idxalda olacaq”.

Rüsum qərarı - qeyri-peşəkar bir addım

Amerikalı siyasi analitik Peter Teyz isə APA-ya açıqlamasında Prezident Trampın Azərbaycan məhsullarına tariflər tətbiq etmək qərarının olduqca qeyri-peşəkar bir addım olduğunu bildirib: “Azərbaycan Amerika Birləşmiş Ştatlarının əsas strateji müttəfiqidir. Prezident Trampın bütün Azərbaycan məhsullarına tariflər tətbiq etmək qərarı olduqca qeyri-peşəkar bir addımdır. Bununla belə, General Motors və GMC şirkətləri Tramp Administrasiyasının bu qərarından mənfi təsirlənəcək, çünki Bakıda onların avtomobil satışları azalacaq. Tariflər Bakı və Vaşinqton arasında iqtisadi tərəfdaşlığı zəiflədəcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov APA-ya açıqlamasında deyib ki, Azərbaycan ABŞ-a ixracdan daha çox, ABŞ-dan idxal edir.

2024-cü ildə Azərbaycan ABŞ-dan 1 milyard 617 milyon dollarlıq mal idxal edib, həmin müddətdə Birləşmiş Ştatlara ixracatımız isə cəmi 135 milyon 30 min dollar olub. Bu o deməkdir ki, xarici ticarətdə Birləşmiş Ştatlar ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik. Bütün bunlarla yanaşı, ötən il əvvəlki il ilə müqayisədə ABŞ-dan idxalımız 1.8, Birləşmiş Ştatlara ixracatımız isə 8.4 dəfə artıb. Yəni, ixracatımızın az olmasına baxmayaraq, artım dinamikası çox yüksəkdir. Bu, iş adamlarımız üçün ABŞ-ın yeni ixrac destinasiyasına çevrilməsi anlamına gəlir”.

Qərarın qeyri-neft-qaz ixrac məhsullarına təsiri

Vüqar Bayramov qeyd edib ki, yeni tariflər daha çox qeyri-neft-qaz ixrac məhsullarına təsir göstərir.

2024-cü ildə qeyri-neft-qaz məhsulları üzrə ABŞ-a ixracatımız 134 milyon 663 min dollar olub. Azərbaycan mənşəli qeyri-neft-qaz məhsulları üzrə isə 55 milyon 949 min dollarlıq ixrac qeydə alınıb. 2024-cü ildə qeyri-neft-qaz məhsulları üzrə ümumi ixracatımızın 3 milyard 356 milyon dollar, Azərbaycan mənşəli qeyri-neft-qaz məhsulları üzrə ümumi ixracatın isə 2 milyard 883 milyon dollar olduğunu nəzərə alsaq, Birləşmiş Ştatlar ilə bu sahədə əməkdaşlığımız heç də yüksək paya malik deyil”.

ABŞ-a qeyri-neft-qaz məhsulları ixracatına gəldikdə, iqtisadçı qeyd edib ki, 2024-cü ildə Azərbaycan ABŞ-a 6 milyon 508 min dollarlıq polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, 593 min dollarlıq heyvanların bağırsaqları, kisəcikləri və mədələri, təzə, soyudulmuş, dondurulmuş məhsullar, 410 min dollarlıq tropik və digər meyvələrin şirələri, 279 min dollarlıq nərə balıqlarının kürüsü, 242 min dollarlıq saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı, 177 min dollarlıq meyvələrdən cemlər, meyvə jelesi və mürəbbələr, meyvə püreləri və pastaları və digər məhsulları ixrac edib.

Dünya iqtisadiyyatında yeni mərhələnin başlanması

Vüqar Bayramov qeyd edib ki, tariflər Azərbaycanın ABŞ-a ixracatına ciddi təsir göstərməsə də, ümumi artım dinamikasına təsir edə bilər: “Bütün hallarda yeni tarif yeni xərc deməkdir. Yəni, Birləşmiş Ştatlara ümumi ixracatımızdakı artım faizinin azalacağı istisna deyil. Eyni zamanda, Birləşmiş Ştatlara göndərdiyimiz məhsullar daha çox spesifik olduğu üçün 10 faizlik tarif həmin məhsulların bazardakı mövqeyinə təsir göstərməyə bilər. Amma bütün hallarda, yeni tariflər dünya iqtisadiyyatında yeni mərhələnin başlanması demək olacaq”.

ABŞ-ın idxal məhsullarına tətbiq etdiyi rüsum qərarı qlobal ticarət dinamikalarını dəyişdirəcək və dünya iqtisadiyyatına uzunmüddətli təsirlər göstərəcək. Bu qərar, həm yerli istehsalın gücləndirilməsi, həm də iqtisadi müstəqilliyin artırılması məqsədini güdür. Lakin, eyni zamanda, bu siyasət dünya ticarətində gərginliyin artmasına və bazarlarda qeyri-sabitliklərin yaranmasına səbəb ola bilər. İstehlakçılar və ixracatçılar üçün çətinliklər olsa da, bu qərarın ABŞ iqtisadiyyatının uzunmüddətli inkişafına necə təsir edəcəyi zamanla aydınlaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Aprel 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri