Icma.az
close
up
RU
Trampın Ukrayna planı dəyişdi ŞOK GEDİŞAT

Trampın Ukrayna planı dəyişdi ŞOK GEDİŞAT

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verildiyi kimi, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dədir. Məlumata görə, bu gün Vaşinqtonda Zelenski ilə həmkarı Donald Tramp arasında ikitərəfli görüş keçiriləcək. Görüşdə Ukrayna müharibəsinin gedişi, Kiyevə hərbi yardımın davam etdirilməsi və hava məkanında mümkün atəşkəs mexanizmlərinin müzakirə olunacağı gözlənilir.

Səfərlə bağlı yayılan digər məlumatlarda bildirilir ki, Zelenskinin ABŞ-yə gəlişi senator Lindsi Qremin vida mərasimində iştirakı ilə də əlaqələndirilir. Bununla yanaşı, bir sıra xarici KİV-lər səfərin əsas məqsədinin Vaşinqtonla təhlükəsizlik, müdafiə və hərbi əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmək olduğunu yazır.

Tramp-Zelenski görüşü Ukrayna müharibəsinin gedişinə necə təsir göstərəcək? Vaşinqton Kiyevə yeni hava hücumundan müdafiə sistemləri verəcəkmi?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, Tramp-Zelenski görüşü və Birləşmiş Ştatların son xarici siyasət kursu Ukrayna müharibəsinin dinamikasına, xüsusilə də Kiyevin hava hücumundan müdafiə (HHM) təminatına birbaşa və ciddi təsir göstərir:

"Donald Trampın Ağ Evə gəlişi ilə Vaşinqtonun strategiyası tamamilə dəyişdi. Bayden administrasiyasından fərqli olaraq Tramp "müddətsiz açıq çek" məntiqindən uzaqlaşaraq hərbi yardımları müəyyən şərtlərə bağlamağa və Kiyevi sülh danışıqlarına sövq etməyə yönəlib. Bu çərçivədə ABŞ yardımların auditinin sərtləşdirilməsi, daxili islahatlar və Avropanın maliyyə yükünü üzərinə götürməsi kimi şərtlər irəli sürür. Eyni zamanda hazırda birbaşa ABŞ arsenallarından hazır "Patriot" batareyalarının verilməsi məsələsində Vaşinqton ehtiyatlı mövqe tutub. Bunun əvəzinə daha çox Ukraynaya "Patriot" raketlərinin və müvafiq texnologiyaların xaricdə və ya yerli istehsalı üçün lisenziyaların ayrılması gündəmdədir. Bu yanaşma qısamüddətli batareya ötürülməsindən ziyadə, orta və uzunmüddətli dövrdə Ukraynanın öz müdafiə sənayesini gücləndirməyi hədəfləyir. Nəzərə almaq lazımdır ki, Ukrayna tərəfinin "Patriot" raketlərinin istehsal edəcəyi iddiası da birmənalı qarşılanmır. Çünki bu raketlərin istehsalı çox uzun prosesdir və tələb olunan xammalın hamısı Ukraynada mövcud deyil. Ukrayna tərəfi yalnız bəzi detalları istehsal edə bilər. Ona görə də bəzi bəyanatlara sadəcə olaraq informasiya müharibəsinin və psixoloji müharibənin tərkib hissəsi kimi baxmaq daha doğrudur. Kiyevin HHM təchizatındakı əsas problemlərdən biri də ABŞ-nin qlobal raket qıtlığı ilə üz-üzə qalmasıdır. Yaxın Şərqdə İran və husilərlə baş verən hərbi gərginlik Birləşmiş Ştatların "Patriot" və THAAD raket ehtiyatlarını ciddi şəkildə tükəndirib. Hətta Pentaqon generallarının raket ehtiyatlarının kritik həddə çatması barədə Trampa xəbərdarlıq etməsindən sonra ABŞ İrana qarşı genişmiqyaslı zərbələri saxlayaraq atəşkəsə razılaşmaq məcburiyyətində qaldı. Bu qlobal çatışmazlıq Vaşinqtonun eyni vaxtda həm Yaxın Şərqi, həm də Ukraynanı adekvat HHM raketləri ilə təmin etmək imkanını kəskin şəkildə məhdudlaşdırır".

Hərbi ekspert qeyd edib ki, cəbhədəki gərginlik fonunda Zelenskinin Ukrayna qüvvələrinin Xəzər dənizində Rusiyaya hərbi yüklər daşıyan İran gəmisinə uzaqmənzilli dron zərbəsi endirdiyini etiraf etməsi yeni geosiyasi risklər yaradıb:

"Tehran bu hücumu mülki gəmiyə təcavüz adlandıraraq Kiyevi birbaşa hədələyib. Zelenskinin də fəsadlarını nəzərə aldığı bu addım müharibənin Yaxın Şərq cəbhəsi ilə inteqrasiyasını dərinləşdirir. İranın cavab olaraq Rusiyaya ballistik raket tədarükünü artırması və ya asimmetrik cavablar verməsi riski getdikcə artır. Zelenski də fərqindədir ki, müharibənin coğrafiyasının genişlənməsi Ukraynanın hazırkı vəziyyətini bir qədər də ağırlaşdıracaq. Bütün bu mürəkkəb fonda tərəflərin energetika və mülki infrastruktura zərbələri dayandırmasını nəzərdə tutan "hava atəşkəsi" təşəbbüsləri müzakirə olunsa da, onun real nəticə verməsi çətin görünür. Kreml bu fikirləri hələlik "mətbuat fərziyyəsi" adlandırır. Rusiya cəbhədə təşəbbüsü əlində saxladıqca yalnız hava məkanında lokal atəşkəsə maraq göstərmir, Ukrayna isə Rusiyanın logistikasına zərbə vuraraq Moskvanı buna məcbur etməyə çalışır. Yekun nəticə yalnız Vaşinqtonun Moskvaya göstərəcəyi diplomatik təzyiqin dərəcəsindən asılı olacaq. Hesab edirəm ki, Zelenskinin elan etdiyi 40 günlük əməliyyat artıq Ukraynanın əleyhinə işləməyə başlayıb. Düzdür, Rusiyanın neft emalı zavodlarına çox ağır zərbələr endirildi. Ancaq Rusiyanın endirdiyi zərbələr də Ukraynanın endirdiyi zərbələrdən geri qalmadı. Rusiya Qara dənizin Ukrayna sahillərini və limanlarını demək olar blokadaya alıb. Ukraynanın əsas ixracı olan taxıl və metal satışı tamamilə dayanıb. Mülki obyetlərinə ağır zərbələr endirilir. Nəticə etibarı ilə Rusiya tərəfinin müharibəni davam etdirməkdə maraqlı olduğu açıq şəkildə görünür. Müharibənin başlama səbəbləri ortadan qalxmadıqca Rusiyanın atəşkəsə gedəcəyi, münaqişəni hazırkı şərtlərdə donduracağı inandırıcı görünmür. ABŞ üçün Ukrayna cəbhəsindan daha vacib olan istiqamətlər mövcuddur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2026 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri