Icma.az
close
up
RU
Trampın valideynləri ABŞ lideri: “Anam cənnətdədir, atam haqda isə buna əmin deyiləm FOTOLAR

Trampın valideynləri ABŞ lideri: “Anam cənnətdədir, atam haqda isə buna əmin deyiləm FOTOLAR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Donald Tramp ikinci dönəm prezidentliyinə başlayandan sonra özünü qlobal sabitliyin açar fiquru kimi təqdim edir. Onun Nobel sülh mükafatına iddiaları isə sadəcə bir beynəlxalq mükafata sahib olmaq arzusu deyil, həm də siyasi nüfuzunu möhkəmləndirmək, tarixdə “sülh qurucusu” kimi qalmaq cəhdi kimi dəyərləndirilə bilər.
Qlobal proseslərə təsir göstərmək istəyini ifadə edən ABŞ prezidenti dünya nizamının memarı kimi tanınmaq arzusundadır.
Son vaxtlar siyasi manevrlərilə qlobal auditoriyanın diqqətini özünə çəkən prezident Donald Tramp sülh təşəbbüslərini özünün diplomatik mirasının sütununa çevirmək istəyir. Hələ ki Rusiya-Ukrayna müharibəsini dayandıra bilməyən ABŞ lideri Nobel mükafatını şəxsi brendin tamamlayıcısı edə biləcəkmi? Yəqin ki, bunu proseslərin gedişi göstərəcək.
Mətbuat dünya liderləri haqqında yazarkən tez-tez onların şəxsi həyatlarından da bəhs edir. Həmçinin də  Trampın. Yəqin ki, ABŞ liderinin valideynlərinin kim olması oxucular üçün maraq doğurmaya bilməz.
Modern.az saytı "Liderlərin valideynləri" rubrikasında Donald Tramın ata-anasından bəhs edir.

Prezidentin valideynləri...
Xarici KİV-ləri analiz edəndə, ABŞ prezidentinin ata-anası haqqında bu ifadələri qeyd etmək olar:
Valideynlərinin izləri Trampın həm sərt siyasi ritorikasında, həm də daim ön planda dayanmaq istəyində hiss olunur...
Trampın valideynlərindən aldığı ən güclü xüsusiyyətləri isə belə ümumiləşdirmək olar: O, atasının biznes dünyasındakı uğurlarını davam etdirmək, anasının isə özünəinamını yaşatmaq iddiasındadır...
Ailəsi onun üçün həm böyüdüyü mühit, həm də həyatdakı ambisiyalarının başlanğıc nöqtəsi olub.
Bəs onlar kimdirlər?
ABŞ-ın hazırlı lideri Donald Tramp 14 iyun 1946-cı ildə Kuins şəhərində anadan olub (Nyu-York ştatı).

Prezidentin atası, 1905-cil təvəllüdlü Fred Krist Tramp ABŞ inşaatçısı, investoru və biznesmeni kimi tanınıb. O, Amerikanın Nyu-York ştatında doğulub. Donald Tramp ata tərəfindən almandır – onun babası alman immiqrantı olub və ABŞ-a 1885-ci ildə - 16 yaşında Almaniyadan miqrasiya edib.
Baba tərəfdən alman olan Donald Tramp ana xətti ilə şotlanddır.
Donaldın anası Meri Enn Maklaud 1912-ci ildə Şotlandiyada balıqçı ailəsində doğulub. Maklaud ailəsində 10 uşaq var idi və Meri Enn onların ən kiçiyi idi. Ataları balıqçı olsa da, çox pis yaşayırdılar. Kiçik bir mağazaya sahib olan ailəni dolandırmaq üçün kifayət qədər pul yox idi. Meri Enn Maklaud orta məktəbdə səkkiz sinif təhsil alıb. O, 1930-cu ildə 18 yaşında iş tapmaq üçün Şotlandiyadan Nyu-Yorka gedib və orada inşaatçı Fred Krist Trampa rast gələrək, onunla tanış olub. Meri Enn Fred Kristlə tanış olandan sonra Şotlandiyaya qayıtmayıb. Bu tanışlıq yeni bir ailənin təməlinin qoyulması ilə nəticələnib. Altı il sonra, 1936-cı ildə Meri Enn Fred Trampla evlənib və onunla birlikdə Kuins şəhərinin varlı məhəlləsinə köçüb. Burada o, ərinin dəstəyi sayəsində xeyriyyəçiliklə məşğul olub və beş uşağını böyüdüb. 1942-ci ildə isə ABŞ vətəndaşlığına qəbul olunub.

Xarici görünüşcə gözəl qadın olan Meri Enn tez bir zamanda Nyu-Yorkun elit cəmiyyətinə daxil ola bilib və yaxşı  davranışları ilə dəbdəbəli sosialitə çevrilib. Evdar qadın olsa da, Meri Enn Maklaud çoxsaylı xeyriyyəçilik işlərində yaxından iştirak edib.

Tarmpın iki qardaşı və iki bacısı dünyaya gəlib – Fred adlı qardaşı 46 yaşında vəfat edib. Digər qardaşı Robert və bacıları Marianna ilə Elizabet hazırda həyatdadırlar.

Tramp qardaş-bacıları (soldan sağa): Robert, Elizabet, Fred, Donald, Marianna.
Donald Tramp hələ Nyu-York ştatının Kuins şəhərində yaşayarkən - 13 yaşında çətinliklərlə üzləşib. Valideynləri onun enerjisini və özünə inamını lazımi yola yönəltmək ümidi ilə özəl "Nyu-York hərbi akademiyası" məktəb-internatına göndəriblər. Orada təhsil alarkən Donald məktəbin bir sıra mükafatlarını qazanıb, 1962 və 1963-cü illərdə futbol komandalarında, 1962–1964-cü illərdə beysbol komandalarında oynayıb.
1964-cü ildə o, S4 kursant kapitanı rütbəsində "Nyu-York hərbi akademiyası" məktəbindən məzun olub.

Bu xəbər ilə bağlı

Zelenskinin valideynləri: “Onun prezident olmağını istəmirdik” - FOTOLAR

Xəbəri oxu

“1964-cü ildə “Nyu-York hərbi akademiyası”nı bitirdikdən sonra mən kino məktəbinə daxil omaq barədə düşünürdüm… Amma sonda fikirləşdim ki, daşınmaz əmlak sahəsi gəlirli işdir. Və kollecdə oxumağa başladım... lakin iki ildən sonra başa düşdüm ki, kollecdə təhsil mənim üçün elə oxumamağıma bərabərdir. Ona görə də Pensilvaniya Universiteti tərkibindəki Uorton Biznes Məktəbinə ərizə verdim və ora qəbul olundum … Mən oranı bitirəndə çox sevindim. Tez evə qayıdaraq atamın yanında işə başladım”, - deyə Donald Tramp gənclik xatirələrini bölüşərkən bildirib.
O, 1968-ci ildə Uorton Biznes Məktəbini iqtisadiyyat ixtisasını maliyyə işləri üzrə ixtisaslaşan bakalavar dərəcəsi ilə bitirib. Bu zaman Trampın atasının şirkəti daşınmaz əmlak bazarında liderlik edirdi.

Gələcək prezidentin atası – Fred Tramp İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın şərq sahili boyunca orta gəlirli ailələr üçün sərfəli mənzil tikmək səyləri ilə sərvət qazanmışdı. Onun bir çox layihələri hökumət tərəfindən dəstəklənmişdi.
Tramp karyerasına atasının yanında və ilk dövrdə onun məsləhəti ilə Bruklinddə, Kuinsdə və Staten-Aylenddə orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsində başlayıb. 
"Mən həmişə bunu etmək istəmişəm. Mən çox gənc yaşlarımdan atamın yolu ilə getmişəm... Mən həmişə tikinti və inkişafla maraqlanmışam", - Donald Tramp gəncliyindən bəhs edərkən deyib.

“Geriyə baxanda indi anlayıram ki, mənim diqqəti idarə etmək bacarığım qismən anamdan keçib”, - deyə Tramp 1987-ci ildə yazdığı “Razılaşma incəsənəti" adlı kitabında anası haqqında qeyd edib. Donald anasından bəhs edərkən "O, həmişə dramatik və möhtəşəmliyə meylli idi", - deyə bildirib.
79 yaşlı Donal Tramp 2-ci dəfə prezident seçiləndən sonra mətbuata açıqlamasında bildirib ki, Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoyulması onun cənnətə - anasının  yanına getmək şansını artıracaq. O, daha əvvəllər də anasının cənnətdə olduğuna əminliyini vurğulamış, atası ilə bağlı isə bu haqda aydın danışmamışdı. Tramp cənnətə düşməklə anasına qovuşmağı arzulayır.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt Donald Trampın bu açıqlamasını mediaya şərh edərkən "düşünürəm ki, prezident ciddidir. Hesab edirəm ki, prezident də hər kəs kimi cənnətə getmək istəyir",- deyib.

ABŞ prezidenti Ermənistan-Azərbaycan, İsrail-İran, Hindistan-Pakistan, Kamboca-Tailand, Misir-Efiopiya, Serbiya-Kosovo arasındakı münaqişələrə toxunaraq, dünyada altı müharibənin qarşısını almağa və ya dayandırmağa nail olduğunu bəyan edib. Onun indiki arzusu Rusiya-Ukrayna müharibəsinə sülh gətirməkdir.
Öz valideynləri haqqında danışan ABŞ prezidenti anasının cənnətə düşdüyünə əmin olduğunu bildirib: "Atam haqqında isə buna 100% əmin deyiləm".
Bununla belə Donald Tramp atasını çox etibarlı insan kimi xarakterizə edib: "Atam tanıdığım ən etibarlı insan idi".
Yeri gəlmişkən, Donald Trampın vəfat edən qardaşının qızı Meri Tramp bir neçə il öncə ailə daxilində məişət zorakılığından bəhs edən kitab yazmışdı. İxtisasca klinik psixoloq olan Meri Tramp iddia edib ki, babası – yəni Donald Trampın atası Fred Tramp çox qəddar olub və sosiopatiyadan əziyyət çəkirmiş.
Donald Tramp isə mətbuata açıqlamasında atasını heç nəyə görə günahlandırmayıb. Ağ Evin rəhbəri bildirib ki, onun valideyni “güclü, lakin yaxşı insan idi”.

"Bəli, mənə qarşı qəddar idi, ailədəki bütün uşaqlara qarşı qəddar idi. Amma sözün yaxşı mənasında qəddar idi", - ABŞ prezidenti qardaşı qıznının iddialarını şərh edərkən deyib.

Trampın sözlərinə görə, qardaşı qızı onun gözəl valideynləri haqqında yalan danışır.

“Atam avtoritet və çörək verən, anam isə ideal evdar qadın idi", - Donald Tramp vurğulayıb.
"Uşaqlıqda mənə əsas təsir edən insan atam Fred Tramp olub. Ondan çox şey öyrəndim. Mən çox çətin işdə sərtlik haqqında öyrəndim, insanları necə motivasiya etməyi öyrəndim, səriştə və səmərəliliyi öyrəndim: daxil ol, işi gör, düzgün et və çıx", - deyə Tramp kitabında atasından öyrəndiklərini yazıb.
ABŞ liderinin atası Fred Krist Tramp 1999-cu ildə 93 yaşında ağciyər iltihabından vəfat edib.
Prezidentin anası Meri Enn Tramp isə 2000-ci ildə, ərinin ölümündən 1 il sonra 88 yaşında Nyu-Yorkda dünyadan köçüb.
Əfqan Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 05:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see158

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see154

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see143

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see135

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see133

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see128

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see126

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see126

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see124

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see124

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see124

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see123

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see121

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see121

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see120

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see119

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see119

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see119

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see118

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri