Icma.az
close
up
RU
Trampın xüsusi nümayəndəsi: Ukraynadakı nüvə silahı Rusiyaya məxsus idi...”

Trampın xüsusi nümayəndəsi: Ukraynadakı nüvə silahı Rusiyaya məxsus idi...”

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Trampın xüsusi nümayəndəsi Riçard Qrenell bildirib ki, SSRİ dağıldıqdan sonra Ukrayna ərazisində qalan nüvə silahı Rusiyaya məxsus olub və bunun "narahat edən fakt" olduğunu iddia edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Qrenel X sosial şəbəkəsində paylaşım edib.

"Budapeşt memorandumuna dair vəziyyəti aydınlaşdıraq. Nüvə silahı Rusiyaya məxsus idi və onun qalıqları sayılırdı. Ukrayna nüvə silahını Rusiyaya qaytardı. Bu silahlar Ukraynaya aid deyildi. Bu, narahat edici faktdır", - xüsusi nümayəndə deyib.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri, nüvə silahlanması üzrə ekspert Stiven Payfer Qrenelin "tamamilə səhv etdiyini" bəyan edib:

"Mən Budapeşt memorandumu üzrə razılaşmanın bağlanmasına kömək etmişəm. Qrenel tamamilə səhv edir. Ukraynadakı nüvə başlıqları keçmiş Sovet İttifaqına aid idi, Rusiyaya yox. Başlıqların saxlanması Ukraynanın tam məsuliyyətində idi. Qitələrarası ballistik raketlər və bombardmançı təyyarələr Ukraynada məhv edilmişdi, yalnız az sayda texnika borc əvəzi Rusiyaya göndərilmişdi".

Payfer qeyd edib ki, Ukrayna nüvə başlıqlarını məhv edilmək üçün Rusiyaya göndərmək qərarına gəldikdə, əsas səbəb Moskvanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəyinə, ona qarşı güc tətbiq etməyəcəyinə dair öhdəlik götürməsi olub.

"Tarixi tam öyrənin", – deyə o, Qrenelə məsləhət verib.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Bill Klinton 1990-cı illərdə Ukraynanın nüvə silahlarından imtina etməsində roluna görə təəssüfləndiyini bildirmiş və əks halda Rusiyanın genişmiqyaslı işğalının baş verməyə biləcəyini ehtimal etdiyini söyləmişdi.

Arayış: 1994-cü ilin yanvarında Klinton, Rusiyanın o zamankı prezidenti Boris Yeltsin və Ukraynanın prezidenti Leonid Kravçukla birlikdə Ukrayna ərazisində qalan strateji nüvə arsenalının ləğv edilməsinə dair üçtərəfli saziş imzalamışdı.

Həmin ilin dekabrında isə ABŞ Budapeşt memorandumuna qoşulmuş və bu sənəd Rusiyanın Ukraynanın ərazi bütövlüyünə hörmət etməsi öhdəliyini nəzərdə tuturdu.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Mart 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri