Icma.az
close
up
RU
Trampın yaxşı hesabdardır, yaxşı şotka sı var ANALİZ

Trampın yaxşı hesabdardır, yaxşı şotka sı var ANALİZ

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Məsələ cox mürəkkəbdir. ABŞ-nin baxışı belədir ki, Ukrayna uduzmayıbsa belə onu uduzdurmaq lazımdır


ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər Sergey Lavrov Ər-Riyadda keçirilən danışıqlarda Rusiya və ABŞ arasında münasibətlərdə "qıcıqlandırıcıları" aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması, Ukraynadakı münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəliblər. Eyni zamanda Rubio və Lavrov ümumi geosiyasi maraq doğuran məsələlərdə əməkdaşlığı zəruri biliblər. Tərəflər iqtisadiyyat və investisiyalar sahəsində gələcək əməkdaşlıq haqqında da anlaşıblar. ABŞ Dövlət Departamentindən isə bildirib ki, Rusiya ilə ABŞ arasındakı zəng və görüş “davamlı sülh” üçün yetərli olmayıb, lakin Ər-Riyadda irəliyə doğru mühüm addım atılıb.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynada münaqişəyə son qoymaq yalnız bütün tərəflərin razılığı ilə mümkündür, şərtlər məqbul olmalıdır. Onun sözlərinə görə, Rusiya ilə görüş gələcək əməkdaşlığın əsasını qoyur: “Danışıqların məqsədi Ukrayna üçün ədalətli, davamlı və bütün tərəflər üçün məqbul sülhə nail olmaqdır. Bu sülhə nail ola biləcək yeganə lider Prezident Donald Trampdır. Hələ görüləsi çox iş var. Bugünkü görüşün məqsədi rabitə kanallarının yaradılması olub”. Rubio bildirib ki, Aİ Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi üçün müəyyən məqamda danışıqlar masası arxasında olmalıdır: “Aİ nə vaxtsa masa arxasında olmalı olacaq, çünki onların Rusiyaya qarşı sanksiyaları var”. Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya ilə ABŞ arasında danışıqlar yaxşı keçib: "Rusiya və ABŞ bir-birinin maraqlarını nəzərə almağa razılaşıb". Onun sözlərinə görə, bütün məsələlərlə bağlı ciddi müzakirə aparılıb: "Hələlik Rusiya ilə ABŞ-nin yaxınlaşdığını söyləmək çətindir. Lakin bu barədə söhbət aparılıb. Rusiya və ABŞ ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər, həm Moskva, həm də Vaşinqton bunda maraqlıdır”. Uşakov qeyd edib ki, Putinlə Trampın görüşünün konkret tarixini söyləmək çətindir: “Putin və Trampın görüşünün gələn həftə baş tutması ehtimalı azdır, konkret tarixlər barədə danışmaq çətindir”. Ekspertlərin fikrincə, dünya siyasətində perspektivləri müəyyənləşdirməyin və dağıdıcı-birləşdirici proseslərin başlanğıcı ola biləcək görüş Ukraynada müharibənin dayandırılmasına həsr olunsa da, gündəlik bununla yekunlaşmır. Gündəlikdə Ukrayna ilə yanaşı, Yaxın Şərq də daxil olmaqla bir sıra coğrafiyalarda baş verənlər, eləcə də iqtisadi məsələlər də var. Ukrayna müharibəsinin dayandırılması və bu ölkə üzərindəki mövqelərin, maraqların bölüşdürülməsi hər iki tərəf üçün ümumi razılaşmada bir-birinə qarşı istifadə edəcəyi kart kimi də görünür. Xüsusilə ABŞ-nin Rusiyaya qarşı bundan istifadə imkanları genişdir. Bu arada Ukrayna lideri Vladimir Zelenski deyib ki, ABŞ-nin ritorikasının məqsədi indi Kreml diktatoru Vladimir Putini razı salmaq və müəyyən “sülh sazişi”nin bağlanmasını sürətləndirməkdir. Zelenski gələcək sülh danışıqları zamanı Rusiyaya ərazi güzəştləri perspektivini şərh edərək, Ukraynanın hüquqi olaraq öz ərazilərindən imtina etməyəcəyini vurğulayıb. O, həmçinin ölkəsinin Rusiya tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal və ilhaq edilmiş hissələrinin bir gün yenidən milli ərazinin bir hissəsi olacağına əminliyini ifadə edib: “Əlbəttə, biz hər şeyi qaytaracağıq. Beynəlxalq hüquqa hörmət qayıdacaq. Bu gün deyilsə, sabah”. ABŞ-nin müdafiə naziri Pit Heqsetin 2014-cü il sərhədlərinə qayıtmağın Ukrayna üçün qeyri-real olduğuna dair sözlərini şərh edən Zelenski deyib ki, Pentaqonun rəhbəri təfərrüata varmalıdır: “Düşünürəm ki, bunun üçün ona vaxt lazımdır”. Dövlət başçısı qeyd edib ki, ABŞ bu gün Putinin həqiqətən bəyəndiyi şeylər deyir: "Məncə, əsas məsələ budur. Çünki onun xoşuna gəlmək istəyirlər. Bilirsiniz niyə? Bir-biri ilə görüşmək və tez bir zamanda uğur əldə etmək üçün. Atəşkəs uğur deyil". Zelenski həmçinin hesab edir ki, Ukraynanın NATO-ya potensial üzvlük məsələsi müharibəyə son qoymaq üzrə danışıqlar prosesindən kənarda qala bilməz. 


Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, bütün müharibələr sonda mütləq dayanır. Amma müharibə "necə və nə cür dayanacaq" barəsində danışmaq hələ tezdir. Deputatın sözlərinə görə, müharibəni dayandırmaq üçün ilk növbədə ədalətli bir sülh lazımdır: 

"Sülh heç vaxt diktə olunan hadisə deyil. Sülh razılıq hadisəsidir. Əgər ABŞ-nin indiki amiranə davranışı ilə diktə olunacaq bir sülhdən söhbət gedirsə, bunun adını "saziş", "sənəd" və s. qoymaq olar. Ancaq bu, sülh olmayacaq. Məsələ çox mürəkkəbdir. Mürəkkəblik ondan ibarətdir ki, müharibənin tərəfləri var və sülhə hansı iştirakçılarla nail olmaq mümkündür. Rusiya-Ukrayna müharibəsinin iştirakçıları kimdir? Rusiya, Ukrayna, ABŞ, kollektiv Qərb, bir də ikinci dərəcəli iştirakçılar - Çin, Koreya və s. Faktiki olaraq dünya müharibəsi gedir. Avropa ölkələrinin əsgərləri bu və ya digər ad altında savaşırlar. ABŞ isə deyir ki, Avropa Birliyinin sülh danışıqlarında iştirak etməsi mümkün deyil, deməli sülh yoxdur, olmayacaq. ABŞ-nin baxışı belədir ki, Ukrayna uduzmayıbsa belə onu uduzdurmaq lazımdır. Çünki Amerikaya təcili pul, litium, uran lazımdır. Vaşinqton çəkdiyi xərcləri konpensasiya etmək üçün bunların 50 fazini götürmək istəyir. Avropa Birliyi o zaman deyəcək ki, "ABŞ 500 milyard dollar xərcləyib, biz isə 300 milyard dollar xərcləmişik. Yəni AB də öz payını istəyəcək. Deməli, sülh olmayacaq. Əlbəttə, sülh nə zamansa olacaq, amma bugün sülhdən danışmaq çox tezdir. İnsanlar diplomatiyanı, dövlətlərarası münasibətləri, diplomatik etiketi, protokolu ona görə fikirləşiblər ki, bütün hallarda prosesi yüngülləşdirsin. Amma ABŞ bugün sülhü bazar sövdələşməsinə çevirir. Bir ölkə sülh üçün maliyyə nazirini başqa bir ölkəyə göndərirsə və sənədə qol çəkdirib geri gəlməyi tələb edirsə, buna nə ad vermək olar? Bəs xalqın ləyaqəti və sülhün ədaləti harada qaldı? Bazar sövdələşməsi ilə sülh əldə etmək mümkün deyil".


Parlament üzvü vurğulayıb ki, Rusiya-Ukrayna arasında müharibəsinin dayandırılması, atəşkəsin əldə olunması yeni bir mərhələnin başlanğıcı olacaq:

"Beynəlxalq münasibətlər sisteminin yeni dizayn olunmuş modernist bir mənzərəsi ortaya çıxacaq. İndi konfiqurasiyanı müəyyənləşdirək ki, kim harada olacaq? Avropanı susdurmaq üçün ABŞ vitse-prezidenti Vensin nitqi xüsusi hazırlanmışdı. Avropanın özünü ən güclü hesab etdiyi platformada onu təhqir etdilər. Avropa dəyərlərdir, demokratiyadır, insan hüquqlarıdır, söz və siyasi fikir azadlığıdır və s. Amma bəlli oldu ki, Vensin eynəyindən bunların hamısı kəllə-mayallaq görünür. Tramp zəruri hesab edir ki, Avropanı Rusiya ilə təhdid etmək lazımdır. Heç üç ildir Ukrayna ilə müharibə aparan Rusiya rəhbəri deməyib ki, "biz Napoleona, Hitlerə qalib gəldik". Amma Putinin əvəzindən Tramp Avropanı təhdid edir, deyir ki, "rus xalqı döyüşkən xalqdır". Deməli, buna ehtiyac var. ABŞ-də əslində bir-birinin davamı olan, bir-birinə pas ötürən Demokratlar və Respublikaçılar əvvəlcədən planlaşdırılmış vahid senari üzrə dövlət siyasətini bir pillə yuxarı qaldıra bildilər. Rusiyanı həddindən artıq zəiflətdilər. Finlandiya və İsveç NATO-ya üzv oldu. Avropa ABŞ olmazsa, hərəkət edə bilmir. Dolayısı ilə Avropanı da asılı vəziyyətə saldılar. Önümüzdəki bir qərinədə bu disbalans dəyişməyəcək. Rusiya və Avropanın özünü bərpa etməsinə 30 il zaman lazımdır. İndi Trampa niyə görə təcili sülh lazımdır? Trampın yaxşı hesabdardır, yaxşı "şotka"sı var. Siyasi təfəkkürdən daha çox ticari təfəkkürlə yaşayan bir siyasətçidir. Hesablayır ki, bir neçə il sonra Çin iqtisadiyyatı ABŞ iqtisadiyyatını keçəcək. Rusiya ilə vaxt itirməyə, maliyyə sərf etməyə davam etsə Çinlə üz-üzə gəlməli olacaq. Rusiya da yaxşı bilir ki, onlar üçün əsas təhdid ABŞ və Avropa yox, məhz Çindir. Məqsəd Çinə qarşı zəifləmiş Rusiyadan istifadə etmək və Rusiyanı bir qədər gücləndirib Yaxın Şərqdəki prosesdə Moskvanın imkanlarından istifadə etməkdir. Çünki Yaxın Şərqdən Rusiya və İran çıxıb, Türkiyə güclənib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri