Icma.az
close
up
RU
Amerika idxalını bahalaşdırır: Trampın yeni tarif planı

Amerika idxalını bahalaşdırır: Trampın yeni tarif planı

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın təsdiq etdiyi idxal rüsumları avqustun 7-də qüvvəyə minib.

Sfera.az xəbər verir ki, Trampın fikrincə, yeni tariflərin tətbiqi ilə Amerika iqtisadiyyatı milyardlarla dollar qazanacaq.

Avqustun 1-də Tramp 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb.

Ən yüksək tariflər Suriya (41%), Laos (40%), Myanma (40%), İsveçrə (39%), İraq (35%) və Serbiya (35%) kimi ölkələr üçün müəyyən edilib.

Qeyd edək ki, ABŞ dünyada ən çox idxal həyata keçirən ölkədir. ABŞ-ın yüksək idxalının olması ölkənin xarici ticarət əməliyyatlarında böyük kəsirin yaranmasına səbəb olur.

2024-cü ilin yekunlarına əsasən, ABŞ-nin ixracı 2,06 trilyon dollar, idxalı isə 3,36 trilyon dollar təşkil edib. Bir il ərzində ABŞ 1,3 trilyon dollar ticarət kəsiri ilə üzləşib.

Tramp administrasiyası idxal rüsumlarını artırmaqla yaranan kəsiri azaltmağı hədəfləyir. Belə ki, rüsumlar artanda ABŞ-a gətirilən mallar bahalaşdığından istehsal mallarının qiyməti idxal malları ilə müqayisədə daha əlverişli olur.

Bu səbəbdən proqnozlaşdırılır ki, yeni tarif siyasəti ilə ABŞ-nin idxalı tədricən azalacaq və ticarət kəsiri kiçiləcək.

Bəs ABŞ daha çox hansı ölkələrdən mal alır?

2024-cü ildə ABŞ ən çox üç ölkədən mal alıb. Bunlar Meksika (510 milyard dollar), Çin (462,6 milyard dollar) və Kanadadır (421,2 milyard dollar). Adıçəkilən üç ölkə ABŞ-yə ümumilikdə 1,394 trilyon dollar dəyərində mal satıb.

Bunlardan başqa daha beş ölkə ABŞ-yə 100 milyard dollardan çox mal satıb. Həmin ölkələr Almaniya (163,4 milyard dollar), Yaponiya (152 milyard dollar), Vyetnam (142,5 milyard dollar), Cənubi Koreya (135,5 milyard dollar) və İrlandiyadır (103,7 milyard dollar).

Regionlar üzrə götürdükdə isə ABŞ-yə idxalın 41 faizi (1,377 trilyon dollar) Asiya ölkələrinin, 34 faizi (1,142 trilyon dollar) Amerika qitəsində yerləşən ölkələrin, 24 faizi (806,5 milyard dollar) isə Avropa ölkələrinin payına düşür.

ABŞ rüsumları tətbiq edən zaman məhz ən çox mal aldığı ölkələri hədəfə götürüb. Yeni rüsumların nə dərəcədə faydalı olacağını isə zaman göstərəcək.


Vasif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Avqust 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri