Trampla danışıqlar alçaldıcıdır deyən prezident onunla görüşəcək
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və Braziliya Prezidenti Lula da Silva 26 oktyabrda Malayziyada görüşəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb.
Məlumata görə, Braziliya və ABŞ hökumətləri prezidentlərin görüşü barədə razılığa gəliblər. Görüşün Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitinin açılış günü baş tutacağı qeyd olunur.
Qeyd edək ki, bir müddət əvvəl prezident Lula da Silva ABŞ tərəfindən 50%-lik idxal rüsumları tətbiq edildikdən sonra Trampla birbaşa ticarət danışıqlarını “alçaldıcı” hesab etdiyini bildirmişdi.
Safura Bənnayeva
Globalinfo.az
Baxış sayı:118
Bu xəbər 22 Oktyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















