Tramplı dollar sikkəsi satışa çıxdı və saatlar sonra tükəndi
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-da ölkənin müstəqilliyinin 250 illiyini qeyd etmək məqsədilə üzərində Prezident Donald Trampın portreti olan 1 dollarlıq sikkə zərb edilib.
Turkustan.az xəbər verir ki, ABŞ Zərbxanası tərəfindən dövriyyəyə buraxılan sikkənin bir üzündə mərkəzdə Trampın portreti, yuxarı hissədə “AZADLIQ”, sağ tərəfində isə “IN GOD WE TRUST” ifadəsi yer alır. Sikkənin aşağı hissəsində isə ABŞ-ın müstəqilliyinin elan edildiyi 1776-cı il və 250 illik yubileyi simvolizə edən “1776–2026” tarixləri qeyd olunub.
Trampın portreti əks olunan sikkə satışa çıxarıldıqdan cəmi bir neçə saat sonra tükənib.
Bu arada, BBC-nin məlumatına görə, bu, bir əsrdə ilk dəfə Amerika valyutası üzərində sağ olan prezidentin portretinin peyda olmasıdır.
Qızılı rəngli, lakin qızıl tərkibli olmayan 1 dollarlıq sikkələr 25 ədədlik qutu üçün 61 dollara, 100 ədədlik qutu üçün isə 154,50 dollara satışa çıxarılıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 Sentyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















