Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Transxəzər “yaşıl” enerji dəhlizinə Aİ nin strateji marağı artır

Transxəzər “yaşıl” enerji dəhlizinə Aİ nin strateji marağı artır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Xəzər hövzəsini Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirməyi hədəfləyən Transxəzər “yaşıl” enerji dəhlizi artıq yeni mərhələyə qədəm qoyur. Əgər son iki ildə əsas diqqət layihənin siyasi razılaşmalarına və texniki planlaşdırılmasına yönəlmişdisə, indi proses Avropa İttifaqının institusional mexanizmlərinə inteqrasiya mərhələsinə keçib. Bu baxımdan Qazaxıstanın Avropa Komissiyası ilə layihənin “Project of Mutual Interest” (PMI) – “Qarşılıqlı maraq doğuran layihə” statusu alması istiqamətində apardığı iş xüsusi diqqət çəkir.

Qazaxıstanın Energetika nazirliyi məlumat yayaraq bildirib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi layihəsi üçtərəfli enerji əməkdaşlığının mühüm təşəbbüsü kimi çıxış edir. Hazırda texniki-iqtisadi əsaslandırmanın hazırlanması aparılır və onun 2027-ci ilin yanvarında başa çatdırılması planlaşdırılır.

Nazirliyin sözlərinə görə, bu layihənin beynəlxalq səviyyədə təşviqi üzrə işlər aparılır. Qeyd olunub ki, institusional dəstəyi gücləndirmək üçün Qazaxıstan tərəfi layihənin qarşılıqlı maraq kəsb edən layihələr (Projects of Mutual Interest, PMI) siyahısına daxil edilməsi məsələsi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı əlaqə təşəbbüsü ilə çıxış edib.

Yeri gəlmişkən, PMI Avropa İttifaqının enerji siyasətində strateji əhəmiyyət daşıyan transsərhəd layihələr üçün nəzərdə tutulmuş xüsusi mexanizmdir. Belə layihələr maliyyələşmə, texniki ekspertiza, tənzimləyici koordinasiya və sürətləndirilmiş prosedurlar baxımından üstünlüklər əldə edir. Məhz buna görə də Transxəzər dəhlizinin bu siyahıya daxil edilməsi onun həyata keçirilməsini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

Qazaxıstan uzun illərdir neft və qaz ixracında əsas marşrutlarını şaxələndirməyə çalışır. İndi isə ölkə bərpaolunan enerji sahəsində də oxşar strategiya həyata keçirir. Rəsmi Astananın mövqeyinə görə, Transxəzər dəhlizi Qazaxıstanın günəş və külək enerjisini ilk dəfə olaraq Azərbaycan vasitəsilə birbaşa Avropa bazarına çıxarmaq imkanı yaradacaq. Qazaxıstanın Energetika Nazirliyi bildirir ki, layihə ölkənin “yaşıl” enerji potensialını beynəlxalq bazarlara inteqrasiya edən əsas infrastruktur təşəbbüslərindən biridir. Nazirliyin qiymətləndirməsinə əsasən, Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan yüksək gərginlikli elektrik kabeli Qara dəniz elektrik dəhlizi ilə birləşərək Avropa İttifaqının elektrik bazarına yeni ixrac marşrutu formalaşdıracaq.

Layihənin geosiyasi məğzi məhz Azərbaycanın mövqeyində aydın görünür. Ölkə burada yalnız tranzit ərazi funksiyasını yerinə yetirmir. Əksinə, Azərbaycan Xəzərin hər iki sahilini Avropa enerji sistemi ilə birləşdirən əsas qovşağa çevrilir. 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi bu istiqamətdə yeni hüquqi baza yaradıb. Saziş Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsini, enerji sistemlərinin sinxronlaşdırılmasını və yaşıl elektrik ixracının vahid koordinasiya mexanizmi ilə həyata keçirilməsini nəzərdə tutur.

Azərbaycanın özünün bərpaolunan enerji strategiyası da bu layihə ilə sıx bağlıdır. Ölkədə 2030-cu ilə qədər 6 giqavatdan artıq “yaşıl” enerji gücünün yaradılması və bunun əhəmiyyətli hissəsinin ixracyönümlü olması planlaşdırılır. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorundakı külək enerjisi potensialı gələcək ixrac marşrutunun əsas resurs bazalarından biri hesab edilir.

Layihənin praktiki icrasını təmin etmək üçün institusional baza da artıq formalaşdırılıb. 2025-ci ildə “Yaşıl Dəhliz Birliyi” adlı birgə müəssisə yaradılıb. Burada “Azərenerji”, Qazaxıstanın KEGOC şirkəti və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” bərabər payla təmsil olunur. Qurumun qarşısında duran əsas vəzifələr texniki koordinasiya, investisiya planlaşdırılması, enerji ticarəti mexanizmlərinin hazırlanması və gələcək əməliyyat modelinin formalaşdırılmasıdır. Bu struktur faktiki olaraq üç ölkənin vahid enerji platformasına çevrilməsi istiqamətində ilk institusional addım hesab olunur.

Layihənin reallığa çevrilməsində beynəlxalq maliyyə institutlarının rolu da artır. Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını dəstəkləyirlər. Hazırda bu iş İtaliyanın CESI mühəndislik şirkəti tərəfindən həyata keçirilir. Texniki-iqtisadi əsaslandırmada marşrutun optimal variantı, kabelin ötürmə gücü, maliyyə modeli, ekoloji təsirlər və gələcək genişlənmə imkanları qiymətləndirilir. Bununla yanaşı, ADB layihənin gələcəkdə “Pan-Asia Power Grid Initiative” proqramına daxil edilə biləcəyini də açıqlayıb. Həmin təşəbbüs Asiya ilə Avropa arasında yeni enerji bağlantılarının qurulmasını nəzərdə tutur və transsərhəd elektrik infrastrukturu üçün iri həcmli investisiyaların səfərbər edilməsini hədəfləyir.

Qazaxıstanın aparıcı analitik nəşrləri də Transxəzər dəhlizini ölkənin enerji siyasətində dönüş nöqtəsi kimi qiymətləndirirlər. Xüsusilə “The Astana Times” layihəni Mərkəzi Asiyanın “yaşıl” enerji potensialını ilk dəfə olaraq Avropa enerji sistemi ilə birləşdirəcək strateji körpü kimi təqdim edir. Nəşrin vurğuladığı əsas məqam ondan ibarətdir ki, Xəzərin dibi ilə çəkiləcək yüksək gərginlikli kabel Qazaxıstan üçün yalnız yeni ixrac marşrutu yaratmır, həm də ölkənin enerji bazarını Avropa standartlarına yaxınlaşdırır. Enerji sahəsində ixtisaslaşmış digər Qazaxıstan platformaları da qeyd edirlər ki, layihənin PMI statusu əldə etməsi onun kommersiya cəlbediciliyini artıracaq və özəl investorların marağını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Qeyd edək ki, son iyirmi ildə Azərbaycan Xəzərdən Aralıq dənizinə uzanan neft kəmərlərinin, Cənub Qaz Dəhlizinin və Orta Dəhlizin əsas iştirakçılarından biri olub. İndi isə eyni geoiqtisadi məntiq elektrik enerjisi sahəsində də formalaşır.

Musa BAĞIRLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see585

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see495

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see448

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see319

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see305

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see298

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see290

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see277

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see261

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see253

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see243

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see229

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see226

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see204

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see199

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see199

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see197

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see183

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see182

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri