Icma.az
close
up
RU
TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər ŞƏRH

TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın keçmiş prezidenti, dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımların təşkilatçılarından biri olan Robert Köçəryan TRIPP layihəsinə etiraz edir. Xocalı qatili ötən həftə mediaya açıqlamasında TRIPP xəttinin Azərbaycanın və Türkiyənin maraqlarına xidmət etdiyini bildirib. Bir neçə ay öncə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanda oxşar sayıqlamalar etmişdi. Eyni mənbədən təlimatlar alan həmin zatıqırıq da bildirmişdi ki, hakimiyyətə gəlsələr, bu müqaviləyə yenidən baxacaqlar.

Yəni bu nəhəng marşrutu əngəlləmək ehtimalı Rusiyanın maraqları ilə üst-üstə düşür. Şimal qonşumuzun çirklənmiş teleməkanına nəzər salsaq rəsmi Moskvanın Cənubi Qafqazla, xüsusilə Zəngəzur layihəsi ilə bağlı mövqeyi bəllidir. Baxmayaraq ki, Rusiya rəsmiləri bu layihə ilə bağlı susqunluq nümayiş etdirirlər. Düşdüyü Ukrayna bataqlığına və ABŞ prezidenti D. Trampın nüfuzuna görə açıq şəkildə etiraz bildirmirlər. Amma məqamı gəldikcə strateji istəklərini ohanyanların, köçəryanların dili ilə ortalığa qoyurlar.

Heç şübhəsiz ki, Ermənistandakı bu nüfuzdan düşmüş revanşist qüvvələr də Rusiyadan güc alaraq vəziyyətin dəyişəcəyinə ümid edirlər. Bir vacib məqamı unutmamalıyıq ki, Seyran Ohanyanın, Robert Köçəryanın, Serj Sərkisyanın Xocalı soyqırımında törətdiyi cinayətləri sübut edəcək kifayət qədər faktlar var. Müharibə cinayətləri törədən bu şəxslərin və digərlərinin istintaqa cəlb olunması ilə bağlı ciddi addımlar atılmalıdır. Belə vələdüznaların azadlıqda qalması regionda sabitliyə təhdiddir. Ona görə istintaqın əhatə dairəsi genişlənməlidir. Ermənilərin çox uğursuz ənənəvi təcrübəsindən əl çəkməsi üçün təhqiqat işlərinə beynəlxalq aləmdə tanınan, qəbul edilən ekspertləri cəlb etmək lazımdır.

Əkrəm Bəydəmirli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Fevral 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri