Trolleybusların işləməsi şəhər infrastrukturunun və mədəniyyətinin başlıca bir obyektidir Nəqliyyat eksperti
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Hər gün insanlar istər ictimai, istərsə də şəxsi nəqliyyatda olsun tıxacla qarşılaşırlar. Tıxac və sıxlıq günümüzün problemlərindən biridir.
Bəs sıxlığın və tıxacın qarşısını almaq üçün tramvay xətləri bərpa oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, tramvaylar yerüstü nəqliyyatın əsas predmeti sayılır.
“Ümumiyyətlə tramvay və trolleybusların işləməsi şəhər infrastrukturunun və mədəniyyətinin başlıca bir obyektidir. Metro yeraltı daşımanın əsas predmeti sayılırsa, tramvaylar da yerüstü nəqliyyatın əsas predmeti sayılır”.
Həmsöhbətimiz onu da qeyd etdi k, bu gün daşınmada müəyyən problemlər yaşanır:
“Azərbaycanda tramvay, trolleybus xətləri Bakı, Gəncə,Sumqayıt, Naxçıvan şəhəri, Lənkəran, Mingəçevir və digər böyük şəhərlərdə əsas daşımanı nəzərdə tuturdu. Amma bu günki vaxta bu daşınma mikroavtobuslar və avtobuslarla əvəz olunduğu üçün müəyyən problemlər yaranmaqda davam edir".
Bənövşə HƏSƏNOVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 14 Yanvar 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















