Icma.az
close
up
RU
Tufandağ buzlağının əriməsi həm risk, həm fürsət yaradır Ekoloqdan AÇIQLAMA

Tufandağ buzlağının əriməsi həm risk, həm fürsət yaradır Ekoloqdan AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Avqustun 18-23-də Böyük Qafqazın şimal-şərq yamacında yerləşən Tufandağ buzlağında tədqiqat aparılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Ekologiya Nazirliyinin birgə ekspedisiyası zamanı buzlağın koordinatları, hündürlüyü və çatların ölçüləri qeydə alınıb. Müşahidələr göstərib ki, buzlaq sahəsi azalır, ərimə sürətlənir, çatların sayı artır, Mahmuddərə çayında isə suyun səviyyəsi yüksəlib. Qeyd edək ki, Tufandağ bölgənin ən böyük buzlağıdır.

Buzlaqlardakı çatların artması və ölçülərinin genişlənməsi gələcəkdə hansı ekoloji fəsadlara yol aça bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq  Amin Məmmədov bildirdi ki, buzlaqların sahəsində müşahidə olunan azalma və ərimə prosesi əslində gözlənilən haldır.

"Dünyanın müxtəlif qitələrində, xüsusən dağlıq və qütb bölgələrində bu tendensiya artıq uzun illərdir qeydə alınır. Bunun başlıca səbəbi havanın orta temperaturunun yüksəlməsi və anomal istilərin artmasıdır. Mövsüm ərzində yüksək temperaturlu günlərin sayının çoxalması buzlaqların ərimə sürətini artırır və onların sahəsinin kiçilməsinə səbəb olur. Bu proses eyni zamanda, buzlaqların üzərində çatların və morenlərin daha da genişlənməsinə gətirib çıxarır. Gələcəkdə bu ərimə prosesinin bir sıra ekoloji və iqtisadi nəticələri ola bilər. Buzlaqlardan qidalanan çaylarda suyun səviyyəsi və sərfi artacaq, bu isə daşqın və sel riskini yüksəldir. Xüsusilə yay və yaz aylarında anomal istilər zamanı çaylarda su sərfinin qəfildən artması ətraf ərazilərdə təhlükəli hallara səbəb ola bilər. Fövqəladə hallar baxımından bu, ciddi risk amilidir və qabaqlayıcı tədbirlərin görülməsini tələb edir".

Ekoloq əlavə etdi ki, buzlaqların əriməsi nəticəsində yaranan suyun bir hissəsi yerin altına sızaraq yeraltı su ehtiyatlarını zənginləşdirir:

"Bu, su ehtiyatlarının qorunması və kənd təsərrüfatı, içməli su təminatı baxımından müsbət təsir yaradır. Beləliklə, buzlaqların əriməsi həm mənfi, həm də müsbət nəticələr doğurur. Mənfi cəhət kimi sel və daşqın riskini artırır, müsbət tərəfdən isə yeraltı su laylarının dolmasına və ekosistemin su balansının qorunmasına kömək edir. Əlavə olaraq, buzlaqların sürətlə əriməsi bitki və heyvan növlərinə də təsir göstərə bilər. Xüsusilə dağlıq ərazilərdə yaşayan nadir flora və fauna üçün suyun azalması və çayların səviyyəsinin dəyişməsi ekosistemdə tarazlığın pozulmasına səbəb ola bilər. Ona görə də bu prosesin daimi monitorinqi, mütəmadi tədqiqatlar, qabaqlayıcı idarəetmə tədbirləri ekoloqlar və dövlət orqanları üçün böyük əhəmiyyət kəsb edir.
Nəticə olaraq, Tufandağ və digər buzlaqların əriməsi həm Azərbaycanın su ehtiyatları, həm də ekoloji tarazlıq baxımından diqqətlə izlənməli və lazımi adaptasiya tədbirləri görülməlidir", - deyə Amin Məmmədov qeyd etdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Avqust 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri