Icma.az
close
up
RU
Tural Sadıqlının qadına qarşı zorakılığı “Söyüş müxalifəti”nin mahiyyəti ortaya çıxdı

Tural Sadıqlının qadına qarşı zorakılığı “Söyüş müxalifəti”nin mahiyyəti ortaya çıxdı

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa paytaxtlarında özlərinə lüks həyat quran “söyüş müxalifəti”nin nümayəndələrinin mənəvi və əxlaqi qüsurlarlu şəxslər olduğu, məqsədlərinin də Azərbaycana hücum etməklə lüks həyatlarını davam etdirmək olduğu sirr deyil. Bunu onların cümlənin əvvəlində də, sonunda da söyüşə müraciət etməsi ispat edir. Araşdırmalar təsdiq edir ki, “söyüş müxalifəti”nin üzvlərinin psixoloji, mənəvi problemləri var. 
“Youtube”da “Azad söz” kanalının aparıcısı Tural Sadıqlının keçmiş həyat yoldaşı Şəlalə Məmmədovaya qarşı etdiklərinə dair yayılan faktlar bunu növbəti dəfə ispat etdi.
Şəlalə Məmmədova Almaniyada Tural Sadıqlı ilə birlikdə yaşadığı dövrdə ikinci tərəfindən daim zorakılığa məruz qalıb. Yayılan video və səs yazısında bu zorakılıq açıq şəkildə görünür. Hazırda Rusiyada yaşayan Şəlalə Məmmədova video və səs yazılarını fakt kimi Almaniya federal Prokurorluğuna təqdim etməyə hazırlaşır. 
Bildirir ki, Tural Sadıqlı ayrılandan sonra da ona qarşı psixoloji təzyiqləri davam etdirir.
“Tural Sadıqlı geri qayıtmağım üçün mənə təzyiq edir. Bu da 7 yaşlı qızımız Aylinə psixoloji travma yaşadır”, - Şəlalə Məmmədova bildirib.  
Yayılan səs yazısında Tural Sadıqlının Şəlalə Məmmədovaya təzyiq etdiyi, hətta fiziki şəkildə hücum etdiyi aydın olur. Bu fakt Tural Sadıqlının hansı şəxsi keyfiyyətlərə malik olduğunu da ortaya çıxarır. 
Məlumatlara görə, Tural Sadıqlının vaxtilə Azərbaycanı tərk etməsinin səbəbi də bir qıza qarşı xoşagəlməz rəftar etməsi olub. Onun Şəlalə Məmmədovanı da aldadaraq, Almaniyaya aparıb, daha sonra orada həyat yoldaşına qarşı zorakılıq edib. 
İndi bu şəxs videolarında Azərbaycan xalqına mənəviyyatdan, əxlaqdan danışır, guya xalqın problemlərinə laqeyd qalmadığını göstərir. İnsan özündə olmayan bir şeydən necə danışa bilər?!
Tural Sadıqlı ilə bağlı ortaya çıxan faktlar ümumiyyətlə “söyüş müxalifəti”nin gerçək mahiyyətindən xəbər verir. Avropada cəzasızlıq mühitindən geniş şəkildə istifadə edən bu qrup mənəviyyatsızlığı, əxlaqsızlığı təbliğ edir, çünki gerçək mahiyyətləri bundan ibarətdir. 
Belə nümunələrdən biri də Məhəmməd Mirzəlidir. Məhəmməd Mirzəlinin də həyat yoldaşına qarşı aqressiv hərəkətlər etdiyi, onu zorakılığa məruz qoyduğu haqda məlumatlar var. Hətta bu hərəkətlərinə görə həyat yoldaşının yaxınları tərəfindən döyüldüyü də deyilir. 
Məhəmməd Mirzəli bu faktı “Azərbaycan hakimiyyətinin ona qarşı hücumu” kimi təqdim edərək, Fransada “siyasi sığınacaq” almaq üçün istifadə edib.
Ümumiyyətlə, “söyüş müxalifəti”nin əsas məqsədi özlərini “siyasi fəal” kimi göstərmək və Avropada yaşamaq icazəsi almaqdır. Bunun üçün hər şeyi edirlər, anti-Azərbaycan qüvvələrə işləyir, hətta erməni diasporuna xidmət edirlər. 
Mahiyyətləri söyüşdən, əxlaqsızlıqdan və zorakılıqdan ibarət olan bu şəxslərin insan haqlarını əsas prinsip kimi qəbul etdiklərini bəyan edən Avropa ölkələrində yaşamaq hüququnu necə əldə etmələri də maraqlıdır. 
Necə olur ki, ailə zorakılığına əl atan, qadın hüquqlarını pozan, əxlaqsızlıqla məşğul olan bu şəxsləri Almaniya, Fransa kimi ölkələr müdafiə edir, onları bəsləyir?! 
Görünür, bu şəxslər Avropada Azərbaycana qarşı müəyyən qruplar tərəfindən istifadə edilir.
İndi əsas məsələ Şəlalə Məmmədovanın Tural Sadıqlının zorakılığı ilə bağlı faktları Almaniya Federal Prokurorluğuna təqdim etməsindən sonra hansı addımın atılacağıdır. Almaniya prokurorluğu Tural Sadıqlının əməllərini araşdıracaqmı, məhkəmə bu məsələ ilə bağlı hansı qərar verəcək? 
Bu, Almaniya da daxil olmaqla Avropanın insan haqlarının qorunması məsələsində nə qədər səmimi olduqlarını ortaya çıxaracaq.
Vaqif Hüseynli
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri