Icma.az
close
up
RU
TURAN ETİCARƏT VƏ İXRACAT FORUMU AZƏRBAYCANIN MÜSTƏSNA TƏDBİRİ FOTO/VİDEO Doğru Xəbərlər

TURAN ETİCARƏT VƏ İXRACAT FORUMU AZƏRBAYCANIN MÜSTƏSNA TƏDBİRİ FOTO/VİDEO Doğru Xəbərlər

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçiriləcək. Forum, ölkənin iqtisadi strategiyasını gücləndirmək, elektron ticarət və ixracat sahəsində yeni perspektivlər açmaq məqsədilə təşkil olunur. Tədbirin təşkilatçıları Azərbaycan Françayzinq Assosiasiyası, Founder Club və Made in Turan layihəsidir.

Forumun əsas məqsədi milli brend konsepsiyasını “Made in Turan” adı altında gücləndirmək və Türk dünyasının iqtisadi birliyini möhkəmləndirməkdir.

Tədbirin əsas mövzuları:

İxrac strategiyaları və beynəlxalq bazarlara çıxış;

Elektron ticarətin inkişafı və rəqəmsal həllər;

“Made in Turan” konsepsiyası altında milli məhsul və xidmətlərin tanıdılması;

Sahibkarlar və investorlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi. Forumun Proqramı Forum çərçivəsində müxtəlif panellər və sessiyalar keçiriləcək:

İxrac Strategiyaları: Mütəxəssislərin çıxışları və təcrübə mübadiləsi;

E-Ticarət Həlləri: Yerli və beynəlxalq platformaların nümayəndələri ilə görüşlər;

Təlimlər: Startaplar üçün xüsusi master-klasslar və işgüzar mühitin inkişafı yolları;

Brend Müzakirələri: “Made in Turan” brendinin gələcək perspektivləri.

Azərbaycan Françayzinq Assosiasiyası (AFA) ölkədə sahibkarlığın inkişafını dəstəkləyən əsas qurumlardan biridir. 2022-ci ildən fəaliyyət göstərən AFA, françayzinq modelini genişləndirərək, yerli bizneslərin beynəlxalq bazarlara çıxmasını asanlaşdırır.

AFA-nın əsas fəaliyyət istiqamətləri:

Yerli şirkətlərin françayzinq modelləri vasitəsilə böyüməsinə dəstək vermək;

Xarici şirkətlərlə əməkdaşlığı təşviq etmək;

Sahibkarlara hüquqi və biznes konsaltinq xidmətləri təqdim etmək;

Təlim proqramları və forumlar vasitəsilə biznes təcrübəsini genişləndirmək.

AFA, “Made in Turan” brendinin əsas tərəfdaşı olaraq, bu təşəbbüsün qlobal arenada tanınması üçün çalışır.

Founder Club, Azərbaycan sahibkarlarını və startaplarını bir araya gətirən strateji bir platformadır. Klubun əsas missiyası biznes ideyalarını dəstəkləmək, innovativ təşəbbüsləri reallaşdırmaq və sahibkarlar arasında şəbəkələşmə imkanlarını artırmaqdır.

Founder Club-un fəaliyyəti:

Gənc sahibkarlar üçün biznes təlimləri təşkil etmək;

İnvestorlarla startaplar arasında əlaqələr qurmaq;

Beynəlxalq tədbirlərdə iştirak və əməkdaşlıq imkanları yaratmaq;

İxracata yönəlmiş biznes modellərinin yaradılmasına dəstək göstərmək.

Klub, “Turan E-Ticarət və İxracat Forumu” çərçivəsində sahibkarlar üçün yeni imkanlar təqdim edəcək.

“Made in Turan” layihəsi, Türk dünyasının iqtisadi, mədəni və texnoloji potensialını tanıtmaq məqsədi ilə yaradılmışdır. Layihə çərçivəsində Azərbaycanın və digər Türk dövlətlərinin məhsulları qlobal bazarlarda vahid bir brend altında təqdim olunur.

Layihənin məqsədləri:

Yerli istehsal məhsullarını beynəlxalq standartlara uyğunlaşdırmaq;

Milli brendlərin tanınmasını artırmaq;

Türk dünyasının iqtisadi birliyini inkişaf etdirmək;

Sahibkarlara beynəlxalq ixrac strategiyalarını tətbiq etməkdə dəstək olmaq. “Made in Turan” brendi, dünya bazarında rəqabətə davamlı məhsullarla çıxış etməyi hədəfləyir və bu forum vasitəsilə tanıtımını daha da gücləndirəcək.

Forum 26 noyabr 2024-cü il tarixində “Baku Marriot Hotel Boulevard” keçiriləcəkdir. Tədbirdə iştirak etmək üçün www.iticket.az saytında qeydiyyatdan keçə bilərsiniz.

Bu möhtəşəm tədbirdə iştirak edin və milli sahibkarlığın güclənməsinə töhfə verin!

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://dogru.az
archiveBu xəbər 22 Noyabr 2024 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri