“Turan Tovuz” hakimlərin ədalətinə şübhə ilə yanaşmaqda haqlıdı” Vidadi Əhmədov klubda da günah görür
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli premyer-liqasının 24-cü turunun “Şamaxı” – “Turan Tovuz” matçından əvvəl və sonra yaşanan olaylardan xəbərdarsız.
Xatırladaq ki, “bozqurd”un hakimlərin ədalətinə şübhəylə yanaşması AFFA İntizam Komitəsi tərəfindən 20 min manat cərimələnməsiylə nəticələndi.
Maraqlıdı, bəs, “Turan Tovuz”un təsisçisi və ilk prezidenti Vidadi Əhmədov hadisələrin axarını necə qiymətləndirir? Onun haqlı gördüyü tərəf hansıdı?
Vidadi bəyin “Football-plus.az”a cavabı:
“Düzü, həmin gün ərzində konkret nələrin baş verdiyindən xəbərsiz idim. Sonradan öyrəndim. Bəli, “Turan Tovuz” hakimlərin ədalətinə şübhə ilə yanaşmaqda haqlıdı. Ona görə ki, bəzi oyunlarda komandaya qarşı ədalətsiz qərarlar qəbul edilib. Klubun yaydığı bəyanata gəlincə, məncə, tələskənlik ediblər. Buna görə “Turan Tovuz”u qınaya bilmərəm. Yəqin ki, kəskin və qarlı hava şəraiti rəhbərliyi təcili qərar verməyə məcbur edib. Amma belə ciddi qərarı bir qədər götür-qoy etmək lazım idi. Hava şəraiti üzündən hələ klub rəhbərliyi ilə görüşə bilməmişəm. Lakin məndə olan məlumata görə, hadisələrin axarı yaxşıya doğru gedir”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















