“Turan Tovuz” İntizam Komitəsinin qərarıyla barışmır! Vidadi Əhmədov detalları açıqladı
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
“Turan Tovuz”un Misli premyer-liqasının 24-cü turunda “Şamaxı”nın qonağı olduğu matçdan əvvəl yaydığı bəyanatdan xəbərdarsız.
Klub həmin bəyanatda hakimlərin ədalətinə şübhə ilə yanaşdığını qeyd etdiyinə görə AFFA İntizam Komitəsindən əvvəl xəbərdarlıq aldı, ardından 20 min manat cərimələndi.
“Football-plus.az” xəbər verir ki, klub bu cəza ilə barışmaq niyyətində deyil. Bu barədə saytımıza Tovuz təmsilçisinin təsisçisi və ilk prezidenti Vidadi Əhmədov məlumat verib. O, klubun qərarla bağlı Apellyasiya Arbitraj Tribunalına şikayət edəcəyini deyib.
Xatırladaq ki, “Turan Tovuz” dəfələrlə hakim qərarları üzündən etiraz edib. Hətta kollektivin narazılığına tovuzlu azarkeşlər də qoşulub və sonuncu ev matçının ilk dəqiqəsində meydana arxa çeviriblər.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 26 Fevral 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















