Turan Tovuz un baş məşqçisi: Qarabağ la oyunda bütün imkanlardan yararlandıq
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 26 yanvar, AZƏRTAC
Komandamız matçın böyük bir bölümünü məğlub durumda olsa da hər epizod uğrunda mübarizə apardı və fürsət yaranacağına dair ümidli idi. Şükürlər olsun ki, belə imkanlar əldə etdik və bunlardan yararlandıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Turan Tovuz" klubunun baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasında "Qarabağ"a səfərdə 2:1 hesabı ilə qalib gəldikləri XX tur oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis əzmkar mübarizə apardıqlarına görə futbolçularına təşəkkür edib: "Bu matçda əllərindən gələni etdilər. "Kəpəz"lə keçirdiyimiz axırıncı ev oyununda ağır məğlubiyyət almışdıq. Həmin görüşdən sonra bir daha həmin məğlubiyyəti yaşamayaq deyə futbolçuların hər biri ilə danışdıq. Onlara bildirdik ki, bu matça daha ciddi hazırlaşmalıyıq".
O, Qurban Qurbanov kimi baş məşqçinin komandasına qarşı oynamağın asan olmadığını bildirib: "Qarabağ" Azərbaycan futbolunun flaqmanı, Qurbanov da onun memarıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 26 Yanvar 2025 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















